Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kürdəmirdə yol qəzası: 2 ölü, 3 yaralı
Kürdəmirdə yol qəzası: 2 ölü, 3 yaralı
07 Oktyabr 2013 / 12:40 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Ötən gecə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində dəhşətli yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, toy şənliyindən geri qayıdan Çöhranlı kənd sakini, 1978-ci il təvəllüdlü Umudov Elşad Müslüm oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil Gulağa Fərzəliyevin idarə etdiyi “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə “VAZ-2106”-da olan sərnişinlər Zülfüqar Zeynalov və Zeyvə Umudova dünyasını dəyişib. Sürücü E. Umudov və onun azyaşlı övladları – 2008-ci il təvəllüdlü Şükür, 2009-cu il təvəllüdlü Müslüm, 2011-ci il təvəllüdlü Sahil və 1971-ci il təvəllüdlü Hüseynov Səyyad müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

S.Hüseynov və azyaşlı Sahil Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə