Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türməyə düşən namizədlər: kim neçə il “yatıb”?
Türməyə düşən namizədlər: kim neçə il “yatıb”?
07 Oktyabr 2013 / 13:38 / Baxış sayı: 56
Font1 Font2 Font3 Font4

Həbsxana cinayətkarların ən “sevimli məkanı” olsa da, bəzən həyat elə gətirir ki, tanınmış siyasətçilər, dövlət məmurları və adi insanlar da təsadüfi bir hadisə üzündən məhbəs həyatının acı günlərindən dadmalı olurlar.

Azərbaycan təcrübəsində də belə həbslərə dəfələrlə rast gəlmişik. Eyni zamanda haqsız yerə tutulanlar, siyasi fəaliyyətinə görə həbsə düşənlər, qanunuzluğa yol verdiyi üçün cəzaçəkmə müəssisələrində yatan tanınmışlar da olur.

Bu gün Azərbaycanda prezidentlik iddiasında olan namizədlərin də bir neçəsinin yolu vaxti ilə həbsxanadan, dəmir barmaqlıqlar arasından keçib. Onlardan kimi xuliqanlığa görə, kimisi də radikal siyasi mövqeyinə görə həbs edilərək, ömrünün bir neçə ilini dörd divar arasında keçirməli olublar.

Modern.az saytı prezidentliyə namizədlərin məhbəs həyatı ilə bağlı kiçik araşdırmanı təqdim edir.

Müasir Müsavat Partiyasının (MMP) Prezidentliyə namizədi Hafiz Hacıyev opponentləri arasında bu baxımdan ən təcrübəlisidir. O, indiyədək iki dəfə həbs edilib. Prezidentliyə namizədin yolu ilk dəfə həbsxanadan 1993-cü ildə düşüb.

O, sabiq baş nazir Surət Hüseynovun göstərişinə əsasən, Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum olub.

Hafiz Hacıyev ikinci dəfə 1996-cı ildə həbsə atılıb. Bu dəfə o, Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə həbs edilib. MMP sədri 3 il məhbəs həyatından sonra 1999-cu ildə həbsdən azad edilib.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin həbsi on il bundan əvvələ təsadüf edir. 2003-cü il prezident seçkilərində hakimiyyətə qarşı radikal mövqeyi ilə seçilən İ.Ağazadə həmin ilin 17 oktyabrında yaşadığı mənzildə həbs edilib. İ.Ağazadə həbs ediləndə millət vəkili mandatı daşıyırdı.

22 oktyabr 2004-cü il tarixdə Ağır Cinayətlərə dair Məhkəmənin qararı ilə 3 il müddətinə həbs olunan İqbal Ağazadə 20 mart 2005-ci ildə əfv fərmanı ilə azad edilib.

Prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən (ADP) Sərdar Cəlaloğlunun da həbsi eyni vaxta, oktyabr hadisələrinə təsadüf edib.

ADP sədri 2003-cü ilin prezident seçkisindən sonra keçirilən etiraz aksiyaları zamanı həbs edilib. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 4 il 6 ay həbs cəzası alıb, 2005-ci ildə əfv olunub. Sərdar Cəlaloğlu həbs olunduğu zaman işgəncəyə məruz qaldığına görə, Avropa Məhkəməsinə müraciət edib. Onun iddiası araşdırılandan sonra Avropa İnsan Hüquqları Məhkəməsi 2007-ci il yanvarın 11-də S.Cəlaloğluna 10 min avro kompensasiya ödənilməsi ilə bağlı qərar verib.

Prezidentliyə digər namizəd, keçmiş cəbhəçi, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də ömrünün bir neçə ilini həbsdə keçirməli olub. O, nə az, nə çox düz 7 il həbsdə olub.

Fərəc Quliyev 1995-ci ildən 2002-ci ilə kimi siyasi məhbus kimi həbsdə olub.

ASDP sədri Araz Əlizadə həbsdə olduğunu çox gizlədə bilməyib. Partiya sədri Modern.az-a açıqlamasında gizli saxladığı türmə illərindən danışıb.

Araz Əlizadə vaxtilə həbsxanaya düşdüyünü etiraf edərək, bunları deyib: “Bəli, 1985-ci ildə məni xuliqanlıq maddəsi ilə həbs etdilər. Hüquq-mühafizə orqanları məni siyasi baxışlarıma görə tutmuşdu”.

Araz Əlizadənin sözlərinə görə, onun həbsinə əsas səbəb onun SSRİ rəhbəri Leonid İliç Brejnevə Sovet ordusunun Əfqanıstana hərbi müdaxiləsi ilə bağlı yazdığı 12 səhifəlik arayış olub.

“Mən demişdim ki, Əfqanıstana girmək olmaz və vurğulayırdım ki, məğlubiyyət qaçılmazdır”-deyən partiya rəhbəri bildirib ki, bundan sonra ona qarşı təzyiqlər başlayıb və işdən qovublar.

ASDP sədri söyləyib ki, onu bir il həbsdə saxlayıblar. Prezidentliyə namizədin sözlərindən belə aydın olur ki, Sovet rəhbərliyi onu 1979-cu ildən başlayaraq təqib edib və nəticədə 1985-ci ildə həbsə alınıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə