Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Konqressin spikeri Obamaya xəbərdarlıq edib
Konqressin spikeri Obamaya xəbərdarlıq edib
07 Oktyabr 2013 / 16:54 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Birləşmiş Ştatların Konqresinin spikeri Con Beyner federal büdcə planına dair demokratlarla respublikaçılar arasında yaranmış çıxılmaz vəziyyətlə əlaqədar prezident Barak Obamaya ciddi xəbərdarlıq edib. Vaşinqtonda çıxışı zamanı Beyner bildirib ki, ziddiyyətlərin yeganə həlli yolu Obamanın danışıqlar masası arxasına oturmasıdır. Onun sözlərinə görə, borclar artdıqca vəziyyət daha da çətinləşəcək.

ABŞ Konqressinin spikeri, Con Beyner: “Mən onunla borcların və defisitin artmasına səbəb olacaq məsələləri müzakirə etmək istəyirəm. Prezidentin bu təklifi qəbul etməməsi isə Amerika xalqını defolt riski ilə üzbəüz qoyur. Ötən gün prezident Asiyaya səfərini təxirə saldı. Mən onun danışıqlara getmək niyyətində olduğunu düşünürdüm. Mənim telefon nömrəm onda var. O, mənə zəng etməlidir”.

Artıq bir həftədir ki, hökumət müəssisələrinin 70%-i öz fəaliyyətini dayandırıb. Statistikaya görə, dövlət sektorunun bağlı qaldığı hər bir günə görə ABŞ iqtisadiyyatı 100 milyon dollara yaxın vəsait itirir. 800 minə yaxın dövlət işçisi hələ də müddətsiz məzuniyyətdədir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə