Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nəvə babasının başına oyun açdı
Nəvə babasının başına oyun açdı
07 Oktyabr 2013 / 17:17 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Bakıda internet azyaşlıya ailə sevgisindən üstün gəlib

Bakıda internet azyaşlıya ailə sevgisindən üstün gəlib. Ötən ildən bu günə qədər uşağın şıltaqlığı davam edir, uşaq internet sevgisindən, valideyn isə inadından əl çəkmir. Bakının Xətai rayonu ərazisində nəvə babanı polisə salmaqda, hələ də, davam edir.

Nəvəsi Murad Babayevlə bir evdə yaşayan Bahadur Babayev ötən gün Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə növbəti dəfə gələrək eyni məzmunlu məlumat verib: “Murad itkin düşüb”.

Ötən ilin sentyabrında da B.Babayev 11 yaşlı Muradın yoxa çıxması barədə polisə məlumat vermişdi. Həmin vaxt Açıqlama verən baba bildirmişdi ki, nəvəsi evdən dəfələrlə qaçıb və buna səbəb internet-klublara qoyulan qadağalardır.

“Nəvəm bütün gününü internet klublarında keçirir. Onu klublardan çəkindirmək istəyirdim. Ona görə hər dəfə evdən qaçırdı. Hər dəfə də tapıb evə gətirirdim. Bir neçə gün əvvəl klub rəhbərlərinə onu içəri buraxmamağı tapşırmışdım”, – B.Babayev demişdi.

Muradın ruhi xəstəliyinin olduğunu deyən B.Babayev onun uşaq nevroloji dipanserdə qeydiyyatda olmasını da vurğulamışdı. Hətta dostu onu “Koroğlu” metrosunda tapıb evə gətimək istəyərkən Murad qaçmaq üçün onun əllərini də dişləmişdi. M.Babayev evdən qaçdığı müddətdə binalardan birinin xeyir-şər yerində və avtomobil dayanacaqlarının gözətçisinin yanında gecələyirmiş.

Bakıdakı 63 saylı orta məktəbin 6-ci sinif şagirdi olan M.Babayevin atası ilə anası ayrılıblar. Babası ilə birgə yaşayan məktəblinin anası da çörək bişirilən sexdə əziyyətlə çörəkpulu qazanır. Murad evdən qaçanda şoka düşür və venalarını doğrayır. Bu fikirlər də B.Babayevə məxsusdur.

Xərai rayon Polis İdarəsinin 36-cı polis bölməsindən bildirildi ki, M.Babayev hazırda axtarılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə