Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Amerika Universiteti Azərbaycan-Gürcüstan münasibətlərini təhlil edib
Amerika Universiteti Azərbaycan-Gürcüstan münasibətlərini təhlil edib
07 Oktyabr 2013 / 17:21 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Vaşinqtondakı Amerika Universiteti Azərbaycan-Gürcüstan strateji münasibətlərini təhlil edib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Vaşinqtondakı Amerika Universitetinin professoru və həmin universitetin Qara və Xəzər dənizi Araşdırmaları Mərkəzinin direktoru Mamuka Tseretelinin “Azərbaycan və Gürcüstan: Qeyri-sabit bölgədə sabitlik üçün əməkdaşlıq” (“Azerbaijan and Georgia: Strategic Partnership for Stability in Volatile Region”) adlı hesabatı dərc edilib. Hesabat nüfuzlu Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Araşdırmaları Proqramının dəstəyi ilə yayımlanıb.

Hesabatda qeyd edilir ki, strateji müttəfiqlər olan Azərbaycan və Gürcüstan Cənubi Qafqazın üç ölkəsindən ikisi kimi təkcə ortaq sərhədləri deyil, həmçinin tarixi dinc birgəyaşayışı və bir çox ortaq ənənələri paylaşırlar. Qeyd edilir ki, regionun təhlükəsizliyi və gələcək inkişafı üçün ən ciddi təhdid Ermənistan və Azərbaycan arasında həll edilməmiş münaqişədir. Regionda hazırda üç separatçı bölgə (Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ) BMT və digər beynəlxalq qurumlar tərəfindən Gürcüstan və Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb.

Müəllif qeyd edir ki, region ölkələrindən Azərbaycan və Gürcüstan açıq şəkildə qərbə inteqrasiya etmək siyasətlərini bəyan ediblər. Xəzər dənizində böyük enerji ehtiyatlarına malik Azərbaycan əsas neft-qaz kəmərləri və dəmir yolu vasitəsilə Qara və Aralıq dənizlərindəki bazarlara çıxış əldə edib. Azərbaycan ərazisində rus qoşunları olmasa da, Gürcüstanın işğal edilmiş Abxaziya və Osetiya ərazilərində 2008-ci il müharibəsindən sonra rus qoşunları mövcuddur. Eyni zamanda, Ermənistan könüllü şəkildə öz ərazisində rus qoşunlarına yer vermiş və bu amili özünün təhlükəsizliyinin təminatı və qonşu dövlətlərə hədələyici vasitə kimi görür. Ermənistan qoşunları hazırda Dağlıq Qarabağı və onun ətrafında yeddi rayonu işğal altında saxlamaqdadır.

Müəllifə görə, Azərbaycan və Gürcüstan Qara dənizi Xəzər dənizi ilə, Transatlantik məkanı Böyük Mərkəzi Asiya və onun zəngin resursları ilə birləşdirən bəndin strateji həlqələridir. Bu strateji bənd aktiv şəkildə fəaliyyətdədir, ticarət və hərbi yüklərin bölgəyə və bölgədən quru, hava, dəniz limanları, dəmir və avtomobil yolları ilə daşınmasına imkan verir. İstər Azərbaycanın, istərsə də Gürcüstanın tranzit roluna Avropanın iqtisadi və təhlükəsizlik məkanına inteqrasiya vasitəsi kimi yanaşılır.

Hesabata görə, tarixlərində bir sıra oxşarlıqlara və son illərin dövlət quruculuğunda uğurlara baxmayaraq, Azərbaycan və Gürcüstan arasında bir sıra mühüm fərqlər ortaya çıxmaqdadır. Bu da ondan ibarətdir ki, məhz Azərbaycan özünün zəngin enerji ehtiyatlarından istifadə edərək böyük beynəlxalq layihələrə imza atıb. Bu layihələr nəticəsində Azərbaycan əsas neft ixrac edən ölkələrdən birinə çevrilmiş və yaxın gələcəkdə bu ölkənin hasil etdiyi qaz birbaşa Avropa bazarlarına çıxarılacaq. Bütün bunlar Azərbaycana Cənubi Qafqazın dominant iqtisadi gücünə çevrilməsinə imkan verib. Belə ki, Dünya Bankının hələ 2011-ci il göstəricilərinə əsasən Azərbaycan bütün Cənubi Qafqazın ÜDM-sinin 72%-ni istehsal etdiyi halda, Gürcüstan üçün bu rəqəm 16%-ə, Ermənistan üçün isə 11,6%-ə bərabər olub.

Müəllif qeyd edir ki, tarixən iki xalq eyni işğalçıların dağıdıcı hücumlarına və təcavüzlərinə məruz qalmış və hər iki ölkəyə gələcək əməkdaşlığa zəmin üçün gözəl tarixi nümunə miras qalıb.
Çox ağır ilk müstəqillik illərindən sonra Azərbaycan və Gürcüstanda böyük dövlətçilik və idarəçilik təcrübələrinə malik liderlər – Azərbaycanda Heydər Əliyev, Gürcüstanda Eduard Şevernadze hakimiyyətə gəldilər. Məhz iki liderin uzaqgörən siyasətlərinin nəticəsində regionun inkişafı üçün mühüm rol oynayacaq “Əsrin müqaviləsi”, TRASEKA, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Erzurum qaz kəməri və digər mühüm layihələrin əsası qoyulub.

Nəticə olaraq müəllif Azərbaycan-Gürcüstan münasibətlərin hər iki ölkənin strateji maraqlarına cavab verdiyini vurğulayır, bu münasibətləri ikitərəfli və çoxtərəfli regional xüsusilə Türkiyə ilə birlikdə daha da dərinləşdirməyi tövsiyə edir.

Hesabatın tam mətnini aşağıdakı keçiddən əldə edə bilərsiniz: http://www.isdp.eu/publications/silkroadpapers.html?task=showbib&id=6235&return

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə