Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda möhtəşəm motoyürüş-FOTOLAR
Bakıda möhtəşəm motoyürüş-FOTOLAR
07 Oktyabr 2013 / 17:45 / Baxış sayı: 68
Font1 Font2 Font3 Font4

Bayraq meydanından Xətai rayonuna kimi davam edən yürüşdə iştirak edən Bakı baykerləri prezident İlham Əliyevi dəstəklədiklərini bildiriblər

Bu gün paytaxtda Bakı baykerləri və moto həvəskarları 9 oktyabrda keçiriləcək prezident seçkilərinə dəstək məqsədilə möhtəşəm yürüş keçiriblər. ANS PRESS-in məlumatına görə, baykerlər yürüşü Bayraq meydanından başlayıb, paytaxtın bəzi rayonları istiqamətində davam edib. Baykerlər Nəsimi, Yasamal, Səbail, Nərimanov, Xətai, Xəzər rayonları istiqamətindən keçiblər. Baykerlər bildiriblər ki, yürüşün məqsədi ölkə prezidenti İlham Əliyevə dəstək olmaqdır.

“Biz öz fikrimizi bildirmək istəyirdik. Yürüşü Bayraq meydanından başlayıb, Xətai rayonunda bitirdik. Yürüşün məqsədi prezident İlham Əliyevi dəstəkləməkdir. Biz növbəti illərdə də ölkə rəhbəri kimi İlham Əliyevi görmək istəyirik. O, Azərbaycanın inkişafı üçün çox uğurlu işlər görüb və bundan sonra da görəcək”, – deyə bayker Elmar Zahirov bildirib.

“Biz Prezident İlham Əliyevi dəstəkləmək üçün bura yığışmışıq. Bildirmək istəyirik ki, bütün moto həvəskarları cənab prezidenti dəstəkləyirik. Onun rəhbərlik etdiyi illər ərzində demokratiya olub. Ölkə inkişaf edib. Bizlər rahat şəkildə gəzə, işləyə bilirik”, – deyə bayker İlham Məmmədov bildirib.

Baykerlərin əllərində dövlət başçısı İlham Əliyevi dəstəklədiklərini bildirən şüarlar, eləcə də, ölkə bayraqları dalğalanıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə