Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fəhmin Hacıyevdən Cəmil Həsənliyə dəstək bəyanatı
Fəhmin Hacıyevdən Cəmil Həsənliyə dəstək bəyanatı
07 Oktyabr 2013 / 19:09 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Sabiq polkovnik Fəhmin Hacıyev Cəmil Həsənlini dəstəkləyən bəyanat yayıb.

Etatist.com-un xəbərinə görə, bəyanatda deyilir: “Əziz və sevimli həmvətənlərimiz! 9 okyabr 2013-cü il tarixində ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Bu seçkilər bütünlükdə dövlətimizin inkişaf istiqamətini müəyyənləşdirəcək çox mühüm siyasi hadisədir. Dünyada gedən mürəkkəb siyasi, içtimai və iqtisadi proseslər zamanı gələcəyimizi müəyyənləşdirməli və inkişafdan qalmamaq üçün hansı siyasi komandaya səs verməli olduğumuzu müəyyənləşdirməliyik. Bunun üçün səmimi olmalı və vicdanımızın səsinə səs verməliyik.

Etiraf etməliyik ki, mübarizə əsasən iki namizəd – Cəmil Həsənli və İlham Əliyev arasında gedəcəkdir”. F.Hacıyev vurğulayıb ki, bir millət olaraq, mövcud vəziyyətdən qurtulmaq üçün ləyaqətli ziyalı Cəmil Həsənlinin liderliyində başlanmış prosesesdə sona qədər iştirak etməli, ona səs verməli və səslərimizi qorumalıyıq: “Bütün tərəfdarlarımı 9 oktyabr tarixində seçkidə iştirak etməyə və Cəmil Həsənliyə səs verməyə çağırıram”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə