Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məhkəmə Gültəkin Hacıbəyli haqda qərar verdi
Məhkəmə Gültəkin Hacıbəyli haqda qərar verdi
07 Oktyabr 2013 / 19:21 / Baxış sayı: 262
Font1 Font2 Font3 Font4

Bu gün Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə sabiq deputat Gültəkin Hacıbəylinin işi üzrə məhkəmə prosesinin növbəti iclası olub.

Virtualaz.org saytının məhkəmə iclasında iştirak edən əməkdaşının verdiyi məlumata görə, G.Hacıbəylinin vəkili Bəhruz Bayramov müdafiə etdiyi şəxsin prezidentliyə namizəd Cəmil Həsənlinin ictimai vəkili olduğundan məhkəməyə qatıla bilməyəcəyini dedi. Vəkil B.Bayramov G.Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş iddianın icraata qəbul edilməməsi ilə bağlı vəsatət qaldırdı.

Gültəkin Hacıbəylinin keçmiş əri Mahmud Mehdiyev isə məzmununun yalan olduğunu bilə-bilə yalan məlumat yayaraq onun və ailəsinin şərəf və ləyaqətini təhqir edən G.Hacıbəylinin Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə ittiham edilməsini hakimdən xahiş etdi.

Hakim S.Mehrəliyev G.Hacıbəylinin vəkili tərəfindən qaldırılmış vəsatəti ləğv edərək işə xüsusi icraat qaydasında baxılması haqqında qərar çıxardı. G.Hacıbəyli oktyabrın 14-nə təyin edilən növbəti məhkəmə prosesinə təqsirləndirilən şəxs kimi məcburi qaydada gətiriləcək.

Qeyd edək ki, G.Hacıbəyli keçmiş həyat yoldaşı və sonuncunun bacısı haqqında şərəf və ləyaqətini alçaldan yalan məlumatlar yaymaqda ittiham edilir. G.Hacıbəyli kütləvi informasiya vasitələrində keçmiş baldızı Aytən Mehdiyevanı cinayət törətməkdə günahlandırsa da bunu sübut edən faktlar təqdim edə bilməyib. Üstəlik sabiq deputat G.Hacıbəyli Aytən Mehdiyevanı xüsusilə ağır cinayət törətməkdə ittiham edərkən Daxili İşlər Nazirliyinin saytında yayılmış informasiyanı qəsdən təhrif edib.

Yada salaq ki, sabiq deputat öz keçmiş baldızını insan alverinin təşkilatçısı və iştirakçısı olmaqda suçlamışdı. Bundan sonra M.Mehdiyev və A.Mehdiyeva məhkəməyə müraciət edərək G.Hacıbəylinin xüsusi ittiham qaydasında – CM-in 147-ci maddəsinə (bu maddə şəxsin şərəf və ləyaqətini KİV-də ləkələyən yalan məlumatların yayılmasına görə cəza verilməsini nəzərdə tutur) əsasən cəzalandırılmasını istəmişdilər.

Xatırladaq ki, oktyabrın 14-də keçiriləcək prosesdə  G.Hacıbəylinin iştirakı məcburi xarakter daşıyır, çünki ondan edilən şikayətə cinayət məsuliyyəti qaydasında baxılacaq.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə