Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qurban bayramında əfv gözlənilir
Qurban bayramında əfv gözlənilir
08 Oktyabr 2013 / 10:23 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Ötən ay Əfv Komissiyasının toplantısı cəmiyyətdə yeni əfv fərmanının veriləcəyi barədə fikirlərə yol açdı. Komissiya üzvü, deputat Elmira Axundova toplantıda əfv məsələsinin müzakirə olunduğunu təsdiqləməklə siyasi məhbus ailələrinə bir qədər ümid vermiş oldu. Ona görə də məhbuslarda və ailələrində qarşıdan gələn Qurban bayramı ilə əlaqədar əfv gözləntisi var. Əfv olub-olmayacağı barədə müxtəlif mülahizələr səslənsə də, yekdil fikir söylənilmir. Hazırda həbsdə olan siyasi məhbusların şansları da fərqli qiymətləndirilir.

Güman olunur ki, siyasi məhbus kimi tanınan “Talışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov, 2010-cu ilin Kür daşqınlarından sonra zərərçəkənlərin hüquqlarının müdafiəçisi İlham Əmiraslanov prezident seçkilərində indiki dövlət başçısı İlham Əliyevi dəstəkləyəcəkləri barədə bəyanatla çıxış etməklə əfv olunma şanslarını artırıblar. Həmçinin keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin də İ.Əliyevi dəstəkləməsi onun əfvə düşəcəyini deməyə əsas verir.
Əfv Komissiyasının toplantısı və adları çəkilən şəxslərin İ.Əliyevin xeyrinə bəyanat səsləndirməsi belə bir əfv fərmanının olacağı barədə ehtimallar yaradır. Görünür, iqtidar seçkiöncəsi siyasi məhbuslardan da özünə tərəfdar yığmaq “gedişi” edir.
Ancaq istintaqı başa çatmayan müsavatçılar – Tofiq Yaqublu, Yadigar Sadıqov, NİDA fəallarının əfv olunacağı bilinmir. Hüquq müdafiəçiləri hesab edirlər ki, barəsində məhkəmə hökmü olmayan məhbus barədə əfv fərmanı verilə bilməz.
Bununla belə, hər şey ölkə başçısının iradəsindən asılıdır. Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirib ki, seçkidən sonranı gözləmək məsləhətdir. Onun sözlərinə görə, Qurban bayramında əfv fərmanı gözlənilir və hər şey mümkündür: “Gözləyək görək necə olur. Bu seçki qurtarsın, sonra görək nə olacaq. Hər halda, biz Qurban bayramında əfv olacağını gözləyirik. Əfv Komissiyasına siyahımızı da təqdim etmişik və əfv olacağı gözlənilir”.
N.Cəfəroğlu ölkə başçısına dəstək bəyanatı ilə çıxış edən siyasi məhbusların bu addımına da münasibət bildirdi: “Onlar hərəkatdan gələn adamlar deyil. Hərəkat adamları dözümlü olur, həbs həyatının nə olduğunu bilirlər. Ancaq bu şəxslər xəstədir, şəraitə dözə bilmirlər. Biz onları qınamırıq. Əksinə, axıra qədər müdafiə edəcəyik. Bəzən lap inandığımız insanlar dəstək bəyanatı və ya istefa verirlər. Ona görə bu şəxslərin bəyanatını pisləmirik. Arzu edirik ki, azadlığa buraxılsınlar”.
Digər hüquq müdafiəçisi Səidə Qocamanlı əfv fərmanı gözlədiklərini vurğuladı. S.Qocamanlı hesab edir ki, bayramda əfv verilməsi cəmiyyətə müsbət təsirini göstərəcək. Onun sözlərinə görə, Əfv Komissiyası mütəmadi olaraq toplaşır və son vaxtlar yığıncaqlar daha da intensivləşib.
Hüquq müdafiəçisinin fikrincə, hakimiyyət Avropa Şurasının qış sessiyasına qədər siyasi məhbusları azad etsə, xeyli dərəcədə irəliləyiş əldə etmiş olar: “Biz bayramda əfv gözləyirik. Arzu edirik ki, dustaqlar buraxılsın və o cümlədən bizi və Avropa Şurasını narahat edən şəxslər əfvə düşsün. Siyahımızda 11 nəfər var. Barəsində məhkəmə hökmü olmayan Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqov və gənc fəalların azad olunmasını arzu edirik”.
S.Qocamanlı qeyd etdi ki, AŞ-nin yanvar sessiyasında Azərbaycandakı seçkilərlə bağlı gündəliyə siyasi məhbus məsələsi də salınacaq. Beynəlxalq təşkilatların seçki ərəfəsində iqtidara təzyiq etməməsi fikrinə münasibət bildirən müsahibimiz dedi ki, bu, onların köhnə taktikasıdır:
“Təcrübə göstərir ki, beynəlxalq təşkilatlar qəti addım atmırlar, sanksiya tətbiq etmirlər. Sadəcə qətiyyətlə tövsiyə edirlər. Hakimiyyət zaman-zaman bu tövsiyələri dinləyib, bəzən də dinləməyib. İqtidar özü gərək nəticə çıxarsın.
İstər Venesiya Komissiyası, istərsə də Avropa Şurası yalnız tövsiyə verəcək. Kimsə gözləyir ki, Azərbaycanı Avropa Şurasından çıxarmaq məsələsini şərt qoyacaqlar, buna inanmayın. Çünki enerji, geopolitik maraqlara görə Azərbaycanı əldən buraxmaq istəmirlər. Siyasi məhbus məsələsində onlardan tövsiyədən artığını gözləməyək”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə