Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“AXCP-də, Milli Şurada qalsaydım…”
“AXCP-də, Milli Şurada qalsaydım…”
08 Oktyabr 2013 / 10:28 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Prezident seçkisinə bir neçə gün qalmış Milli Şuranın mitinq komitəsinin sədri, AXCP sədrinin müavini Asəf Quliyevin hər iki qurumdan istefa verməsi gündəmin müzakirə mövzularından biri olaraq alır. Asəf Quliyevin istefa verməsinin səbəbləri barədə ən müxtəlif versiyalar irəli sürülür. Hansı versiyanın doğru olub-olmadığı, hər halda, yaxın dövrlərdə Asəf Quliyevin davranışları, onunla bağlı hansısa addımların atılıb-atılmamasından sonra müəyyənləşəcək.

Asəf Quliyev isə hələlik istefası ilə bağlı suallara cavab vermək istəmir. Redaksiyamıza məlumat daxil olub ki, istefa verməmişdən iki saat əvvəl Asəf bəy mitinq komitəsinin iclasında sədr kimi iştirak edib. İclasda hansısa narazılığının olduğu hiss edilməyib. Onun iki saat sonra istefa verməsi mitinq komitəsinin üzvlərini də heyrətləndirib. Sanki həmin iki saatda Asəf Quliyevlə bağlı hansısa ciddi hadisə baş verib. Nəticədə qəfil istefa bəyanatı ortaya çıxıb.
Oktyabrın 7-də Asəf Quliyevlə əlaqə saxladıq və istefasından iki saat öncə mitinq komitəsinin iclasına sədrlik etməsi ilə bağlı sual ünvanladıq. O, prezident seçkisinə qədər istefası, onun səbəbləri, bundan sonrakı fəaliyyəti barədə heç bir suala cavab verməyəcəyini dedi.
Seçici kimi kimə səs verəcəyi ilə maraqlandıq. Cavabı belə oldu ki, seçkidə səs verə bilməyəcək. Səbəbi isə Naxçıvanda qeydiyyatda olması ilə bağlıdır: “Mən də daxil olmaqla, Bakıda yaşayan naxçıvanlıların böyük əksəriyyəti seçki günü səsvermədə iştirak edə bilmirik və edə bilməyəcəyik. Çünki qeydiyyatımız Naxçıvanadır və biz orada səs verməliyik. Mərkəzi Seçki Komissiyasına bu problemlə bağlı müraciətlər olub. Necə ki, işğal olunmuş rayonlarımızın sakinlərinin səs verməsi üçün Bakıda və müvəqqəti yaşadıqları digər ünvanlarda seçki məntəqələri yaradılır, elə də Naxçıvanda qeydiyyatda olub Bakıda yaşayan naxçıvanlıların səs verməsi üçün ayrıca məntəqələr ayrılmalıdır. Təəssüf ki, minlərlə naxçıvanlı bu problem həll edilmədiyindən seçkidə iştirak edə bilmir. Mənim özüm də həmçinin. İndiki vəziyyətdə səs vermək üçün gərək Naxçıvana gedəsən. Gedib-gəlmək üçün isə yol xərci 150 manat edir. İnsanlar səs vermək üçün gedə bilmirlər”.
Asəf Quliyev qeyd etdi ki, AXCP-də, Milli Şurada qalsaydı da yuxarıda söylədiyi problem ucbatından səs verə bilməyəcəkdi. Ancaq səs vermək imkanı olsaydı Cəmil Həsənliyə səs verərdi.
Asəf Quliyev hafta.az-a açıqlamasında isə Cəmil Həsənlinin 5 oktyabr mitinqi üçün işlərin çox hissəsini gördükdən sonra istefa verdiyini deyib: “Mən mitinq üçün işlərin əksəriyyətini görmüşdüm, xüsusi bir iş qalmamışdı. Texniki məsələlər, plakatlar və şüarlar, mitinqin təbliğatı və vərəqələrin paylanması işlərinin hamısı oktyabrın 4-nə kimi həll edilmişdi. Mən istefa verəndə ancaq tribunanın qurulması kimi xırda texniki məsələlər qalmışdı. Bunları da AXCP üzvü Rafiq Daşdəmirli həll edirdi. Yəni mən 5 oktyabr mitinqinə hazırlığı yarımçıq qoymamışdım”.
A.Quliyevin istefası ilə sosial şəbəkələrdə müxtəlif şərhlərə gəlincə, müsahibimiz bunları dedi: “İstefa verməyimlə bağlı hələ ki heç bir suala cavab verməyəcəyəm. Seçkidən sonra bu məsələ ilə bağlı bütün açıqlamalarımı verəcəyəm və hər şeyi danışacağam”.
Sosial şəbəkələrdə isə dünən Asəf Quliyevin Müsavat Partiyasına üzv olacağı barədə xəbərlər yayılıb. Xəbərlərdə vurğulanır ki, Asəf Quliyev bununla bağlı Müsavat rəhbərliyi ilə danışıqlar aparıb. Asəf Quliyev “Qafqazinfo”ya açıqlamasında “yəqin onu yazanlar zarafat edirlər” deyərək, münasibət bildirib.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə