Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İkinci tur ola bilərmi?
İkinci tur ola bilərmi?
08 Oktyabr 2013 / 11:23 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Oktyabrın 9-da Azərbaycanda prezident seçkisi keçiriləcək. 1990-cı ildə prezidentlik institutu təsis olunanda ilk prezident – Ayaz Mütəllibov parlamentdə seçilib. Ümumxalq səsverməsi ilə keçirilən bütün seçkilərdə isə qalib birinci turda müəyyənləşib.

Seçki Məcəlləsinin 205-ci maddəsinə görə, seçki bülleteninə prezidentliyə namizəd kimi ikidən çox şəxs daxil edilibsə və onlardan heç biri seçilməyibsə, Mərkəzi Seçki Komissiyası seçkidə daha çox səs toplamış iki namizəd üzrə təkrar səsvermə təyin edir. Təkrar səsvermə ümumi seçkidə səsvermə günündən sonra ikinci bazar günü keçirilir.

Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı “Media forum”a deyib ki, seçkidə hazırkı dövlət başçısı çox böyük səs çoxluğu ilə qalib gələcək: “Seçki azad, ədalətli, demokratik və şəffaf keçiriləcək. Seçicilər prezident İlham Əliyevin siyasətinə səs verəcək. Kimlərsə ikinci tur söhbətini gündəmə gətirirsə, onlar reallıq hissələrini itiriblər. İkinci tur xəyali cəhətdən də mümkün deyil”.

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki qərargahının həmsədri Həsən Kərimov hesab edir ki, ikinci turun olması mümkündür: “Cəmil Həsənli seçkinin favoritidir və xalqın səsini alacağı şübhə doğurmur. Hakimiyyət isə seçkini total formada saxtalaşdırmağa hazırlaşır. Bu da ciddi beynəlxalq narazılığa səbəb olacaq. Ola bilər ki, hakimiyyət görüntü yaratmaq və beynəlxalq təzyiqdən yayınmaq üçün ikinci tur keçirsin və həmin turda saxtakarlıq edib iqtidarı qorumağa çalışsın”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyevin fikrincə, bu dəfə də prezident seçkisi bir turla yekunlaşacaq: “İkinci tur olmayacaq. Bunu demək üçün kifayət qədər əsasım var”.

Ümid Partiyasının namizədi İqbal Ağazadə hesab edir ki, nəzəri cəhətdən seçkinin ikinci turunun olması mümkündür: “Amma reallıq ikinci turun olmayacağını göstərir. Bu da təəssüf doğurur”.

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev bildirib ki, ikinci tur olsa, buna təəccüblənməz: “Prezident seçkisinin demokratik keçirilməsinə çalışırıq. Həm hakimiyyətdə, həm də müxalifətdə olanlar ölkəyə demokratik seçkinin lazım olduğu anlayırlar. Əgər ikinci tur olsa, bunu normal qarşılayaram. Hesab edirəm ki, ikinci tur ola bilər”.

Azərbaycan Demokrat Partiyasının namizədi Sərdar Cəlaloğlu deyib ki, əgər seçki obyektiv və şəffaf keçirilsə, ikinci tur mütləq olmalıdır: “Təəssüf ki, seçki demokratik keçirilməyəcək. Əgər demokratik seçki keçirilsə, ikinci tur olmalıdır. Çünki narazı elektorat həddən artıq çoxdur. Eyni zamanda xeyli namizəd var. Bu o deməkdir ki, səslər mütləq parçalanacaq və ikinci tur qaçılmaz olacaq. Amma reallıq başqadır. Reallıq onu göstərir ki, ikinci tur olmayacaq. Çünki seçki azad, demokratik keçirilməyəcək”.

Müstəqil namizəd Zahid Orucun fikrincə, hakim Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı prezident İlham Əliyevin reytinqi yüksəkdir və ölkədə böyük nüfuza malikdir, digər namizədlər isə zəifdir: “Eyni zamanda Azərbaycan cəmiyyəti siyasiləşməyib. Partiya üzvü olanların sayı cəmi 700 minə yaxındır. Dörd milyon üç yüz min seçici isə partiya üzvü deyil. Belə bir vəziyyətdə onların bir siyasi təbəqə kimi çıxış etməsi, güclü alternativ meydana çıxarması çox çətindir. Ona görə də prezident seçkisində qalibin birinci turda müəyyənləşəcəyinə əminəm. Bütün rəy sorğuları, prezidentliyə namizəd kimi keçirdiyimiz görüşlər də bunu sübut edir”.

Ədalət Partiyasının namizədi İlyas İsmayılov hesab edir ki, ikinci tur olmayacaq: “Hazırkı prezident İlham Əliyev namizəddir. İmkanları daha çoxdur. İlham Əliyevi obyektiv olaraq müdafiə edənlər də var, inzibati resurslar da onlardadır. Ona görə də ikinci tur olmayacaq”.

1991-ci ildən başlayaraq Azərbaycanda keçirilmiş prezident seçkilərinin qalibi olmuş şəxslərin faiz göstəriciləri belə olub:

8 sentyabr 1991-ci il: Ayaz Mütəllibov – 98,5 faiz.
7 iyun 1992-ci il: Əbülfəz Elçibəy – 59,4 faiz
3 oktyabr 1993-cü il: Heydər Əliyev – 98,8 faiz
11 oktyabrın 1998-ci il: Heydər Əliyev – 76,11 faiz
15 oktyabr 2003-cü il: İlham Əliyev – 76,84 faiz
15 oktyabr 2008-ci il: İlham Əliyev – 88,73 faiz.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə