Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha bir məktəbli itkin düşüb
Daha bir məktəbli itkin düşüb
08 Oktyabr 2013 / 11:54 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Bakıda daha bir məktəbli itkin düşüb. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, A.Ələsgərov küçəsində yaşayan 1997-ci il təvəllüdlü Abdullayev Abdulla Mehdi oğlu dünən səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Yeniyetmənin valideynləri A.Abdullayevin itkin düşməsi ilə bağlı 34-cü Polis Bölməsinə müraciət edib.

Qeyd edək ki, son günlərdə Bakıda məktəblilərin itkin düşməsi hadisələrinin sayı artıb. Bir neçə gün əvvəl Xətai rayon sakini 2002-ci il təvəllüdlü Murad Babayev və Suraxanı rayon sakini 2000-ci il təvəllüdlü Səkinə Əbdürrəhmanovanın da itkin düşməsi barədə polisə məlumat daxil olub.

Hər bir faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə