Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fuad Qəhrəmanlı BŞBPİ-nə çağırılıb
Fuad Qəhrəmanlı BŞBPİ-nə çağırılıb
08 Oktyabr 2013 / 11:50 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı Bakı Şəhər Baş Polis İdarəsinə gedib.
Bu barədə virtualaz.org-a məlumat verən F.Qəhrəmanlı polisə çağırılmasının səbəbinin dünən Milli Şura funksionerlərinin Masallıda seçicilərlə görüş zamanı yaşanan hadisələrlə bağlı ola bilməyəcəyini dedi: “Dünənki görüşdə bizə qarşı təxribat törətməyə çalışdılar. Həmin şəxslər hakimiyyət tərəfindən öyrədilmiş təxribatçılar idi. Orada elə qarşıdurma yaranmadı ki, buna görə polisə çağırılım”.
Bir müddət əvvəl isə Masallıda bir qrup fəhlə onlara verilməli olan 15 manat pulun F.Qəhrəmanlı tərəfindən mənimsənildiyini və haqlarını ala bilmədiklərini iddia edirdilər. Polisə çağırılmasının bu hadisə ilə əlaqəli olub-olmadığına gəlincə isə F.Qəhrəmanı bunu əsassız səbəb saydı: “Bu hadisənin mənimlə tamamilə əlaqəsi yoxdur. Əgər belə bir məsələ olsaydı məni polisə çoxdan çağırardılar. Bu da hakimiyyətin quramasıdır. Mən o fəhlələri heç görməmişəm. Onlar deyirlər ki, mənə qarşı qaldırdıqları məhkəmə iddiasını udublar. Bəs mənim niyə belə məhkəmədən xəbərim olmayıb?”.
F.Qəhrəmanlı virtualaz.org-a bu açıqlamanı verdikdən sonra AXCP-yə yaxın mənbələrdən biri redaksiyamızla əlaqə saxlayıb. Mənbə F.Qəhərmanlının polisə çağırılma səbəbi haqda başqa bir iddia səsləndirib. Məlumata görə, F.Qəhrəmanlının polisə çağırılmasına səbəb onun seçkilərdən sonra mitinqlərə başlanılacağını deməsi olub. Xatırladaq ki, F.Qəhrəmanı açıqlamasında seçkilərdə saxtakarlığa yol veriləcəyi halda Milli Şura tərəfəindən kütləvi aksiyalara başlanılacağını demişdi.
Bir daha xatırladırıq ki, F.Qəhərmanlı hazırda Bakı Şəhər Baş Polis İdarəsindədir.
Bizmxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə