Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya Xəzər və Qara dəniz ətrafına hərbi texnikalar cəmləşdirir
Rusiya Xəzər və Qara dəniz ətrafına hərbi texnikalar cəmləşdirir
08 Oktyabr 2013 / 14:41 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4
Rusiya Xəzər və Qara dəniz ətrafı əraziləri əhatə edən Cənub Hərbi Dairəsinə yeni hücum təyinatlı hərbi texnikalar cəmləşdirir.

APA-nın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, cari ilin sonuna kimi Cənub Hərbi Dairəsinin hərbi hissələri 450-dən artıq müasirləşdirilmiş hərbi texnika – yük və nəqliyyat avtomobilləri, özüyeriyən artilleriya sistemləri, zirehli avtomobillər, müxtəlif raket kompleksləri alacaq. Bölgədəki hərbi hissələrin silahlanmasına 100 ədəd raket-artilleriya sistemi, o cümlədən «İskəndər-M» operativ-taktik raket kompleksləri, 120 mm çaplı 2S9 “Nona-C” özüyeriyən haubitsa, “Xrizantema-S” tank əleyhinə raket kompleksləri daxil edəcək.

Hərbi dairənin motoatıcı və kəşfiyyat bölmələri isə 250-dən artıq BTR-82A yeni zirehli transportyor, “Tayfun” və «Tiqr-M» tipli zirehli nəqliyyat vasitələri ilə təchiz ediləcək.

Qeyd edək ki, Rusiya 2008-ci ildə Gürcüstanla hərbi münaqişədən sonra Cənub Hərbi Dairəsində sürətli silahlanma işləri aparır. Bu kontekstdə Dairənin tərkibinə daxil olan Ermənistandakı 102-ci hərbi baza da yeni hərbi texnikalarla təchiz olunur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə