Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aynur Camalqızı ilə Elçin Əlibəyli arasında qalmaqal
Aynur Camalqızı ilə Elçin Əlibəyli arasında qalmaqal
08 Oktyabr 2013 / 14:55 / Baxış sayı: 86
Font1 Font2 Font3 Font4

“Aynur Camalqızının heç bir iddiasına cavab vermək fikrim yoxdur. Ancaq veriliş haqqında onu deyim ki, anonsda nəyi elan etmişiksə, həmin məzmunda onu efirə vermişik. Nə deyilibsə, o da efirə gedib. Kimsə kimdən nə rüşvət alıb, nə də görüşüb”.

Bu sözləri Hafta.az-a açıqlamasında tanınmış teleaparıcı Elçin Əlibəyli özü haqqında iddiaları cavablandırarkən deyib. O bildirib ki, heç kimlə alış-verişdən söz gedə bilməz: “Mən orda klinikaların adını çəkmişəm, efirdə demişəm hansılardı və onların gəlmədiyini də bildirmişəm. Vəssalam, daha bu haqda heç bir şərh verməyə ehtiyac yoxdur. Aynur Camalqızının facebook səhifəsində yazdığı status haqqında heç nə demək istəmirəm. Bu onun şəxsi fikirləridir. Bunlar guya birinci verilişin elanı yayımlanan lent yazısı arasında hansısa uyğunsuzluq tapıblar. Aynur Camalqızı özündən Amerika kəşf edir. Olmayan bir şeyi deyirlər və yazırlar. Bu da qeyri-ciddi bir söhbətdir. Mən nə demişəmsə, onu da çəkmişəm, qonaqlarım da orda idi, qonaqlar da mövzunu bilirdi, bütün müxbirlər də bilirdi. Nə deyilmişdisə, o da çəkilib”.

Xatırladaq ki, yaxın günlərdə tanınmış jurnalist Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə xanımın həkimlərin diqqətsizliyi ucbatından dünyasını dəyişdiyi iddia olunur. ANS-in “Açıq söhbət” verilişində isə bu məsələ müzakirəyə çıxarılıb, lakin publika.az saytının və “Gündəlik teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı tanınmış teleaparıcının və onun çalışdığı ANS telekanalının rüşvət aldığını iddia edib. Hesab olunur ki, özəl klinikalardan daha kəskin veriliş hazırlana bilərdi. Bu iddiaları yazarkən Elçin Əlibəyliyə qarşı “200 kq-lıq journalist” ifadəsini də işlədib.

Qeyd edək ki, Elçin Əlibəyli bir müddət Aynur Camalqızının rəbərlik etdiyi publika.az saytında baş redaktor olub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə