Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kriminal avtoritet həbs edildi – 10 il
Kriminal avtoritet həbs edildi – 10 il
08 Oktyabr 2013 / 15:00 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Azərbaycanda həbs edilən “Koba Qruzinski” adı ilə tanınan gürcüstanlı kriminal avtoritet Koba Kvaxadze barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Koba Kvaxadze ilə bağlı məhkəmə prosesi bir qədər əvvəl başa çatıb. Məhkəmə Kvaxadze Koba Vaxtanqovicin 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs, həmçinin zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Zərərçəkmiş şəxsin vəkili Adəm Məmmədov bildirib ki, hazırda Bakı Apellyasiya Məhkəməsində şikayət əsasında proses davam etdirilir.

A.Məmmədov məhkəməyə təqdim etdikləri şikayət ərizəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin qanunsuz hökm çıxardığını vurğulayıb.

Qeyd edək ki, K. Kvaxadze mənzillərdən oğurluq etməkdə təqsirləndirilir. O, həbs edilərkən üzərindən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. K. Kvaxadze Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq) və 234. 1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etmə) maddələri ilə təqsirləndirilir.

arxiv.bizimxeber.az



Kriminal avtoritet həbs edildi – 10 il yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə