Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Seçki ilə bağlı Beynəlxalq müşahidəçilərin ilk hesabatı
Seçki ilə bağlı Beynəlxalq müşahidəçilərin ilk hesabatı
08 Oktyabr 2013 / 16:31 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

09 oktyabr 2013-cü ildə  keçiriləcək  Azərbaycan Respublikası Prezident seçkiləri ilə əlaqədar seçkilərin müşahidə missiyasını keçirən Müstəqil müşahidə qrupunun üzvləri R.Kolaryo, N. Micel, M. Rider, H. Richard və M.Rocka seçkiöncəsi vəziyyəti qiymətləndirmək, seçki məsələləri üzrə texniki işlərin icra vəziyyəti ilə tanış olmaq, əhali arasında aparılan maarifləndirmə işlərinin monitorinqini aparmaq məqsədilə respublikanın müxtəlif bölgələrində səfərdə olmuşlar.

Müşahidə qrupunun üzvlərinin verdiyi məlumatda aparılmış müşahidələrin ümumi nəticələrinə görə, 2013-cü il Prezident seçkilərində bütün qüvvələrin iştirakı və onlara bərabər şəraitin yaradılması, namizədlər tərəfindən aparılan təbliğat-təşviqat kampaniyasının sakit və normal bir atmosferdə keçməsi, Bakı şəhərində və ölkənin ayrı-ayrı regionlarında açıq hava və qapalı məkan toplantılarının keçirilməsi üçün müvafiq yerlərin ayrılması, MSK, İctimai TV, həmçinin yazılı və elektron KİV-lərdə təbliğat üçün şərait yaradılması, İctimai TV-də namizədlər üçün ödənişsiz efir vaxtının ayrılması, aparılan kampaniyanın gedişi ərzində hər hansı pozuntunun olması barədə şikayətin edilməməsi, seçki məntəqələrinin seçkiyə tam hazır olması müsbət hal kimi qiymətləndirilmişdir.

Qeyd olunanlarla yanaşı Müstəqil Müşahidə qrupu seçki gönü Azərbaycan Respublikası hökumət orqanlarının seçkinin şəffaf, ədalətli və demokratik bir şəraitdə keçməsinə şərait yaradacağına ümid edir.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə