Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabah 5 milyon 145 min seçici 5492 məntəqədə səs verəcək
Sabah 5 milyon 145 min seçici 5492 məntəqədə səs verəcək
08 Oktyabr 2013 / 17:17 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Seçici siyahısında 5 145 000 nəfərin adı var. Onlar 5492 məntəqədə səs verəcəklər”.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında deyib.

O, bildirib ki, seçki məntəqələrinin 219-u müvəqqəti olaraq 5 gün müddətinə yaradılıb. M.Pənahov adı seçici siyahısında olmayan vətəndaşları narahat olmamağa çağırıb: “Dünyanın heç bir yerində ideal seçici siyahısı yoxdur. Adı seçici siyahısında olmayan seçici məntəqəyə gələrək, müvafiq sənədini göstərir və onun adı əlavə seçici siyahısına daxil edildikdən sonra bülletenlə təmin olunur və həmin vətəndaş səsvermədə iştirak edir”.

O, müşahidəçilərin ümumi sayının 52 min olduğunu deyərək, beynəlxalq müşahidəçilərin isə 1400 nəfərə yaxın olduğunu da qeyd edib. Yerli KİV nümayəndələri üçün qeydiyyat tələb olunmadığını deyən M.Pənahov bildirib ki, seçkiyə hazırlıq mərhələsi tam olaraq yekunlaşıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə