Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elşad Abdullayevin qardaşının apellyasiya şikayəti təmin edilməyib
Elşad Abdullayevin qardaşının apellyasiya şikayəti təmin edilməyib
08 Oktyabr 2013 / 17:23 / Baxış sayı: 88
Font1 Font2 Font3 Font4
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevin qardaşı Elsevər Abdullayevin apellyasiya şikayətinə baxılıb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Həmin proses zamanı Elsevər Abdullayevin Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində qəbul etdiyi xüsusi qərardadla bağlı apellyasiya şikayətinə də baxılıb. Onun nümayəndəsi qərardadın ləğv edilməsini məhkəmədən xahiş edib. Həmin məsələyə münasibət bildirən dövlət ittihamçısı isə bu məsələ ilə bağlı apellyasiya şikayətinin verilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını xatırladıb və şikayətin rədd olunmasını xahiş edib. Məhkəmə E. Abdullayevin şikayətini rədd edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arzu Kazımov 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Elsevər Abdullayevin barəsində isə xüsusi qərardad çıxarıb. Belə ki, onun əməllərinin araşdırılıb, qiymət verilməsi üçün məhkəmə qərardadın Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib. Lakin A. Kazımov barəsində olan hökm hələlik qanuni qüvvəyə minmədiyindən qərardadla bağlı hissə icra olunmayıb.

Onu da qeyd edək ki, Elsevər Abdullayev Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsində şöbə prokuroru vəzifəsində çalışır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə