Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsmət Abbasovun ilginc «bunyavirus hoqqasi»
İsmət Abbasovun ilginc «bunyavirus hoqqasi»
08 Oktyabr 2013 / 21:29 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Əslində o, gedəcəyini yaxşı bilir. Elə bundandır ki, son aylarda bir çox maxinasiyalara imza atdı, bir çox müəmmalı oyunları ilə diqqətə gəldi. Söhbət kənd təsərrüfatı naziri İsmət Abbasovdan gedir.

Bildirək ki, mətbuat bu arada onun oğlunu da gündəmə daşıdı. O da bir oliqarx övladı kimi atasının şəninə uyğun tərzdə ictimailəşdi. Yəni nə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlundan geri qaldı (halbuki Taleh Heydərov tamam fərqli ampluadadır -red.), nə də milyonları sağa-sola xərcləyən nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdan.

Bizim kiçik Abbasovla işimiz yoxdur. Çünki istənilən halda və təbii surətdə aktual olanı böyük Abbasovdur. Yəni bu gün Azərbaycanın kənd təsərrüfatı naziri postunu məşğul edən İsmət Abbasov… Bəli, məhz məşğul edən. Çünki İsmət Abbasov bu gün Azərbaycanın kənd təsərrüfatı sisteminə bir bütjv formada talama obyekti kimi yanaşır.

Təbii ki, bu gün onun düşməni çoxdur. Belə olmasaydı, hər seçkidə İsmət Abbasov dönəmin zəif bəndi kimi dillər əzbəri olmazdı. Bütün seçkilərdə belə olmuşdu. Amma bu seçkidə bir qədər fərqli ovqat yarandığından İsmət Abbasovu söyən ənənəvi dillər özlərinə fərqli məşğuliyyət tapa bildilər. Bir növ Cəmil Həsənli İsmət Abbasovun qanının arasına girdi. Daha kimlərsə müxalifliklərini sübuta yetirmək üçün ictimai televiziyanın efirindən KTN şefini hədəfə almadılar.

Amma maləsəf… İsmət Abbasov əslində bu gün bir nömrəli hədəf seçilməli idi. Ona görə ki, normalda kənd təsərrüfatı ölkəsi hesab olunan Azərbaycan dövləti məhz İsmət Abbasovun sayəsində kənd ərzağına həsrət qalıb. Bu gün Azərbaycan süfrələrini İranın xiyarı, Türkiyənin pomidoru, Gürcüstanın meyvələri bəzəyirsə, bunun tək günahkarı İsmət Abbasovdur. Hər halda, kimsə iddia edə bilməz ki, hansısa daha yuxarı mövqedə olan məmur İstəm Abbasovun qolundan tutur və ona «fermerə çatmalı olan pula xaricdə oğlunun adına villalar al» deyir.

Demokratiya.info xəbər verir ki dia.az bildirir ki, İsmət Abbasovun son aylarda ən böyük maxinasiyası «bunyavirus hoqqası» oldu. Diqqət yetirdinizsə, qurbanlıq ərəfəsi başlayan bu maxinasiya qurbanlığa qədər yekunlaşdı. Yəni ada mnə qədər də olmasa, içində bir Allah qorxusunu hiss etdirdi. Amma unutmalı deyil ki, artıq vurduğu zərbəsini vurub. Və bu gün qurbanlıq heyvan alanlar belə İsmət Abbasovun yalançı «bunyavirus» təbliğatının təsiri altındadırlar və onlar yerli heyvan bazarına etimad göstərmirlər. Çünki inanıblar ki, «Azərbaycanda mal-qara təhlükəli virusa yoluxub» deyən İsmət Abbasovun «yerli heyvan ətini yeməyin» xəbərdarlığına inanıblar.

Bəli, bu bir faktdır ki, Azərbaycanın kənd təsərrüfatı hətta qurbanlıq bayramında belə İsmət Abbasovun vurduğu yaranı hiss edəcək. Çünki İsmət Abbasov milyonları qazanmaq fikrinə düşmüşdü.

Xatırlayırsınızsa, bu xəstəliyin ilk «reklam olunduğu ərəfələrdə» KTN-nin rəsmiləri mətbuat qarşısına çıxaraq Azərbaycanın mal-heyvan bazarı ilə bağlı təhlükəli bir mənzərəni təsəvvürlərdə canlandırmaqla məşğul idilər. Hamı da inandı. Əslində həqiqətən də mal-qara arasında xəstəlik yayılmışdı. Amma İsmət Abbasovun adamlarının təsvir etdiyi həddə yox.

Lakin İsmət Abbasov istədiyinə nail oldu. Nazirlər Kabineti virusla mübarizə məqsədilə əlavə olaraq KTN-yə 2 milyon manatlıq vəsait ayırdı. Sanki mal-qara da bu vəsaitin ayrılmasını gözləyirdi. Hamısı bir-bir sağalmağa başladı. Bu da İsmət Abbasovun işçilərinin açıqlamalarından duyulmaqda idi. Və çox güman ki, artıq xəstə mal-qara qalmayıb.

Əslində vəziyyətin tamam fərqli olduğunu əksəriyyət sefmişdi. Amma yenə də İsmət Abbasov son talama şansı tanındı. Fakt bu idi ki, bu gün Azərbaycanın baytarlıq xidmətində mal-qaranın tutulduğu xəstəliyə qarşı yetərli vaksinlər var idi. Amma yenə də İsmət Abbasov ağzını açıb, pul istədi. Və həmin vəsait ona ayrıldı.

Artıq həmin pullar KTN şefi tərəfindən mənimsənilib. Yəni həzm-rabedən keçirilib. Sübutmu istəyirsiniz? O zaman ayrılan vəsaitin xərclənməsini sübuta yetirən kağızları ortaya qoysunlar!

Məlumatlı mənbəmiz bildirir ki, vəziyyət o həddədir ki, hətta KTN bu sənədləri belə hazırlayıb, tamamlaya bilməyib. Mal-qara isə dövlət baytarlıq xidmətinin depolarında olan dava-dərman hesabına ayağa qaldırılıb. Yəni İsmət Abbasov köhnədən deolarda olan vaksinləri dövlətə təzə qiymətə satıb. Bu idi məsələ. Nə deyirik… Nuş olsun!!!

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə