Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabiq nazirə 20 il həbs cəzası verildi
Sabiq nazirə 20 il həbs cəzası verildi
08 Oktyabr 2013 / 21:31 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Yunanıstanın sabiq müdafiə naziri Aksi Çohacopulosun bir neçə ay davam edən məhkəmə prosesi başa çatıb. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, silah alveri və çirkli pulların yuyulmasında günahkar bilinən nazir 20 il azadlıqdan məhrum edilib.

Sabiq nazir vəzifədə olduğu 1997-2001 illər arasında Almaniyadan sualtı gəmilərin alınması və Rusiya ilə bağlanan silah müqavilələri qarşılığında 55 milyon avro rüşvət almaqda günahkar bilinib.

Qeyd edək ki, oxşar iddia ilə mühakimə olunan 16 nəfərə 6 – 16 il azadlıqdan məhrum etmə cəzası verilib. Nazirin həyat yoldaşı və qızı isə hər biri 12 il olmaqla cəza alıblar.

Keçmiş müdafiə naziri artıq bir dəfə başqa işlə bağlı 8 il azadlıqdan məhrum edilib. O zaman keçmiş nazir 520 min avro cəriməni ödəyəndən sonra əmlakı müsadirə edilməklə əfv edilib. Həmin vaxt məhkəmə onu gəliri haqqında saxta bəyannamə təqdim etməkdə mühakimə etmişdi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə