Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu gün Azərbaycanda prezident seçkiləridir
Bu gün Azərbaycanda prezident seçkiləridir
09 Oktyabr 2013 / 2:01 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4
Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.  Seçkilərdə 10 namizəd iştirak edir. Bunlar hazırkı dövlət başçısı, YAP sədri İlham Əliyev, Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli, Ümid Partiyasının sədri İqbal Ağazadə, BAXCP sədri Qüdrət Həsənquliyev,  Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədov və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucdur.
Ölkə üzrə 5 milyon 141 min nəfər səsvermə hüququna malikdir. Seçicilər 125 Seçki Dairəsi üzrə 5491 seçki məntəqəsində səs verəcəklər. Seçki məntəqələrinin 5273-nün fəaliyyəti daimi, 219-nun fəaliyyəti isə müvəqqəti xarakter daşıyır.
Səsvermə bu gün saat 8.00-da başlayacaq, saat 19.00-da başa çatacaq. Bundan sonra səslərin sayılmasına başlanacaq. Mərkəzi Seçki Komissiyası səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə – 10.00, 12.00, 15.00, 17.00, 19.00-da ilkin məlumatlar yayacaq.
Azərbaycandan kənarda yaşayan seçicilər üçün xarici ölkələrdə olan diplomatik nümayəndəliklərdə 38 seçki məntəqəsi yaradılıb. Xaricdə 12 mindən artıq seçici səs verə biləcək.
Məkkədə Həcc ziyarətində olan Azərbaycan vətəndaşları üçün də səsvermədə iştirak üçün şərait yaradılıb. Səsvermə prosesinin həyata keçirilməsi üçün Məkkə şəhərində 1 seçki məntəqəsinin yaradılıb. Bu məntəqədə 3500-ə yaxın Azərbaycan vətəndaşının səsvermədə iştirakı təmin ediləcək.
Seçkilər ümumilikdə 51 898 müşahidəçi tərəfindən izləniləcək. Seçkidə 100-ə yaxın ölkədən müşahidəçi iştirak edəcək. ATƏT, ATƏT PA, AŞPA, Avropa Parlamenti, MDB PA, eləcə də ayrı-ayrı ölkələrdən müşahidə missiyaları seçki prosesini izləyəcək.
Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izləniləcək.
Seçkilərdə “exit-poll” təşkil olunacaq. Yerli təşkilatlarla yanaşı, beynəlxalq təşkilatlar da “exit-poll” keçirəcək. “Exit-poll” keçirəcək təşkilatlardan biri ABŞ-ın nüfuzlu AJF şirkətidir. Bu şirkət “exit-poll”u “APA Holding” MMC-nin dəvəti əsasında keçirəcək.

arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə