Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səsvermə başladı
Səsvermə başladı
09 Oktyabr 2013 / 8:15 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4
Bu gün səhər saat 8.00-dan etibarən Azərbaycan Respublikasında növbəti prezident seçkisinin səsverməsi başlayıb. Budəfəki seçkidə 10 namizəd mübarizə aparır.
Musavat.com  MSK-ya istinadən xəbər verir ki, seçkidə 5 milyon 145 minə yaxın seçici 5 min 492 məntəqədə səs verəcək. Onlardan 5 min 273-ü daimi, qalan 219-u isə səsverməyə 5 gün qalmış yaradılmış müvəqqəti məntəqələrdir. Müvəqqəti məntəqələr Azərbaycanın xarici dövlətlərdəki diplomatik nümayəndəliklərində, neft platformalarında, sanatoriyalarda, hərbi hissələrdə, islah əmək müəssisələrində, eləcə də Azərbaycan bayrağı altında üzən gəmilərdə yaradılıb.
MSK-nın məlumatına görə, seçkini 1400-ə yaxın beynəlxalq müşahidəçi izləyir. Onların 100-ə qədəri xarici ölkələrin KİV nümayəndələridir. Eyni zamanda, seçki prosesini 52 minə yaxın yerli müşahidəçi izləyir ki, onların da 6 mindən çoxu MSK-da, qalan 42 mini dairə seçki komissiyalarında akkreditasiyadan keçib.
Səsvermə oktyabrın 9-da saat 8.00-dan 19.00-a kimi davam edəcək.
Seçki bülletenlərində prezidentliyə namizədlərin adları soyadlarının əlifba sırasına uyğun olaraq aşağıdakı kimi sıralanıb:
1. Ağazadə İqbal
2. Əliyev İlham
3. Əlizadə Araz
4. Hacıyev Hafiz
5. Həsənquliyev Qüdrət
6. Həsənli Cəmil
7.İsmayılov İlyas
8. Quliyev Fərəc
9. Məmmədov Sərdar
10. Oruc Zahid.

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə