Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

1000 məntəqədə veb-kameralar qurulub
1000 məntəqədə veb-kameralar qurulub
09 Oktyabr 2013 / 9:25 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Prezident seçkilərində səsvermənin gedişini veb-kameralar vasitəsilə də izləmək mümkün olacaq. APA TV-nin xəbərinə görə, bu məqsədlə ölkə üzrə 119 seçki dairəsinin 1000 seçki məntəqəsində veb-kameralar yerlləşdirilib. Ən çox veb-kamera isə 113 saylı Şəki şəhər və 48 saylı Yevlax seçki dairələrinin ərazisində quraşdırılıb.

Bu seçki dairələrinin hər birində 15 məntəqə veb-kamera ilə təchiz olunub. İşğal altında olan rayonları əhatə edən 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı seçki dairələri üzrə veb-kameraların quraşdırılması nəzərdə tutulmayıb. Qeyd edək ki, seçki məntəqələrində səsvermənin gedişini veb-kameralar vasitəsilə izləmək praktikası Azərbaycanda ilk dəfə 2008-ci il prezident seçkilərində tətbiq olunub.

Son beş ildə seçki məntəqələrində quraşdırılan veb-kameraların sayı iki dəfə artırılıb. Səsvermə günü istənilən internet istifadəçisi MSK-nın rəsmi saytına daxil olaraq bu kameraların quraşdırıldığı məntəqələrdə səsvermənin gedişini canlı izləyə bilərlər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə