Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyadakı azərbaycanlılar səs verir
Rusiyadakı azərbaycanlılar səs verir
09 Oktyabr 2013 / 10:35 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin binasında səsvermə başlayıb. APA-nın məlumatına görə, yerli vaxtla saat 08:00-da açılan məntəqəyə artıq seçicilərin gəlişi başlayıb. Rusiya ərazisində yaşayan və ya müvəqqəti bu ölkədə olan Azərbaycan vətəndaşları səsvermədə iştirak edir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu APA-ya açıqlamasında bildirib ki, səsvermədə Moskvada konsulluq qeydiyyatında olan 1500 Azərbaycan vətəndaşının iştirakı nəzərdə tutulub: “Lakin səsvermədə iştirak edənlərin sayının bu rəqəmdən çox olacağı gözlənilir. Konsulluq qeydiyyatında olan 1500 Azərbaycan vətəndaşından başqa, digər Azərbaycan vətəndaşları da səsvermədə iştirak edir”.
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfirliyinin binasında keçirilən səsvermə Moskva vaxtı ilə saat 19:00-da başa çatacaq.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə