Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Sarkisyan İrəvana gələndə heç pişiyi də yox idi”
“Sarkisyan İrəvana gələndə heç pişiyi də yox idi”
09 Oktyabr 2013 / 10:37 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Ermənistanda parlamentin deputatı tərəfindən dövlət başçısı Serj Sarkisyanın avropa kazinolarından birində 70 milyon avro uduzması ilə bağlı ittihamı ətrafında qalmaqal davam edir.

“O, Qarabağdan Ermənistana gələndə heç pişiyi də yox idi”. Bunu Ermənistanın müxalif siyasi partiyasının üzvü olan Qurgen Yeqiazaryan bildirib. “Ölkə əhalisinin 60%-nin yoxsulluq vəziyyətində yaşadığı bir vaxtda Serj Sarkisyan kazinoda milyonlar uduzub. O ki Silvio Berluskoni deyil ki, öz pullarını uduzsun, o xalqın pulu ilə oynayır”. Bu sözləri müxalifətdən olan siyasətçi keçirdiyi mətbuat konfransında səsləndirib.

Bundan əlavə, İrəvan qəzeti “Joxovurd”un yazdığına görə, Ermənistanın AŞPA-da Ermənistan nümayəndə heyətinin rəhbəri David Artyunyanın başının üstündə qara buludlar dolaşır. Çünki Ermənistan nümayəndə heyətinin üzvü Zair Postancyana qalmaqallı sualla müraciət etməyə o imkan verib.

Qəzetin hakimiyyətdə olan etibarlı mənbələrə istinadən verdiyi məlumata görə, Artyunyan Ermənistan Kassasiya Məhkəməsinin sədri vəzifəsinə təyin olunmalı idi. Qəzetin yazdığına görə, artıq bu məsələ gündəlikdən çıxarılıb və ölkənin AŞPA-dakı nümayəndə heyətinin sədri çox pis vəziyyətdədir. Bu həqiqətin beynəlxalq qalmaqala çevrilməsinə görə, o məsuliyyət daşıyır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə