Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zəvvarlarımız Məkkədə səs verir
Zəvvarlarımız Məkkədə səs verir
09 Oktyabr 2013 / 10:52 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Ziyarətdə olan azərbaycanlı zəvvarlar Məkkənin “Ənnuzha” otelində yaradılmış seçki məntəqəsində səs verirlər.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məkkədə olan nümayəndə heyətindən APA-ya verilən məlumata görə, QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə də artıq səs verib.

Zəvvarların səsvermə prosesində nümayiş etdirdikləri fəallığı yüksək qiymətləndirən Allahşükür Paşazadə bu şəraitin yaradılmasına görə Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyinə, eləcə də Azərbaycan rəhbərliyinə özünün və zəvvarların adından təşəkkür edib.

Səsvermə davam edir.

Qeyd edək ki, zəvvarların seçki prosesində iştirakına Mərkəzi Seçki Komissiyasının Məkkədə olan səlahiyyətli nümayəndəsi Ramin Nurəliyev nəzarət edir.

Azərbaycandan ümumilikdə 3700 nəfər Həcc ziyarətinə yollanıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə