Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

YAP-dan seçkilərlə bağlı ilk açıqlama
YAP-dan seçkilərlə bağlı ilk açıqlama
09 Oktyabr 2013 / 12:58 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Yeni Azərbaycan Partiyası seçkilərlə bağlı ilkin təəssüratlarını açıqlayıb.

Modern.az-a açıqlama verən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov yeddinci prezident seçkilərinin şəffaf, demokratik şəkildə getdiyini bildirib. Siyavuş Novruzov bu saatlarda da seçicilərin aktivliyinin davam etdiyini deyib.

“Saat 12-yə olan məlumatların toplanması gedir. Səslərin verilməsində artım var. Seçki hələ də davam edir. Mən də prosesi çox yüksək qiymətləndirirəm. Hər bir seçki məntəqəsində çoxlu sayda müşahidəçilər var. Hamısı seçkiləri müşahidə edir. Həm beynəlxalq müşahidəçilər, həm də yerli müşahidəçilər üçün bütün şərait yaradılıb”.

Seçkilərlərlə bağlı yayılan bəzi neqativ hallara da münasibət bildirən YAP-çı deputat belə hallara yol verilmədiyini bildirib. “Heç kim, heç kimin yerinə səs verə bilməz. Hər bir insanın seçiçi siyahısı və həmçin siyahıda adı var. Əvvəlcədən də xəstə olan seçiçilər müraciət etməlidir. Təbii ki, bu da çox olmur. Bir dairədən 3-10 nəfər ola bilər. Bu da elə də təsir edən mexanizm deyil”-deyə Siyavuş Novruzov bildirib.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə