Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Beyləqanda müşahidəçi döyüldü
Beyləqanda müşahidəçi döyüldü
09 Oktyabr 2013 / 14:11 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Oktyabrın 9-da 81 saylı Beyləqan Seçki Dairəsinin 8 saylı məntəqəsində AXCP rayon şöbəsinin sədri Füzuli Qəhrəmanlı döyülüb. Bu haqda “Azadlıq” radiosuna Füzuli Qəhrəmanlı özü məlumat verib: “Mən Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi məntəqədə mütəmadi qanun pozuntularını müşahidə edirdim. Komissiya sədri və katibi ilə bununla bağlı mübahisəm oldu. Məni təhqir elədilər. Qapıdan çıxanda isə arxadan burnuma zərbə endirildi. Çevrilmək istəyəndə ikinci zərbə vuruldu. Bundan sonra nə baş verdiyini xatırlamıram, qan içindəydim, gözüm tutulmuşdu”.

Füzuli Qəhrəmanlı deyir ki, polis şöbəsində ondan ilkin izahat alınıb: “İndi isə xəstəxanada həkim müayinəsindəyəm. Həkim deyir əməliyyat olunmalıyam”.
81 saylı Beyləqan Seçki Dairəsinin sədri Azər Əliyev AzadlıqRadiosuna deyib ki, hadisə məntəqədə yox, kənarda baş verib: “Çöldə dalaşıblar, məntəqənin yerləşdiyi ərazidə, adını qoyublar ki, hadisə məntəqədə olub. Məntəqədə belə hadisə baş verməyib”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə