Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

YAP müxalifəti videotəxribatda ittiham etdi – VİDEO
YAP müxalifəti videotəxribatda ittiham etdi – VİDEO
09 Oktyabr 2013 / 14:30 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Bu gün sosial şəbəkələrdə yayılmış və guya Şəmkir rayonunda seçki prosesinin kobud surətdə pozulmasını göstərən videokadrlar saxtadır və müxalifətin təxribatıdır. Biz o kadrlarla bağlı kompüter texnologiyaları mütəxəssislərinin iştirakı ilə araşdırma aparmışıq. Bəlli olub ki, bu videokadrlar YouTube videosaytına seçkidən xeyli əvvəl, dünən – oktyabrın 8-də axşam saatlarında yerləşdirilib və başdan-ayağa saxtarıdr, qurama işdir”.

Bunu virtualaz.org saytına açıqlamasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, şəxsən o, özü Şəmkirdən olan deputat kimi rayondakı seçki dairələri ilə əlaqə saxlayıb: “Onlar da bunu qətiyyətlə təkzib edərək belə bir hadisənin olmadığını bildirdilər. Bu, müxalifətin növbəti iyrənc oyunudur. Videokadrlardan da aydın görünür ki, bu kadrlar köhnədir”.

Qeyd edək ki, bir neçə saat əvvəl sosial şəbəkələrdə və mətbuatda Şəmkir rayonundakı dairə seçki komissiyalarının birində səsvermə zamanı qayda pozuntularının müşahidə olunması ilə bağlı videogörüntü yayılıb. Virtualaz.org xəbər verir ki, görüntülərdə bir neçə nəfərin bülletenləri dəstə ilə seçki qutusuna atması görünür. Videogörüntülərin YouTube-də yerləşdirilməsi ilə bağlı maraqlı bir fakt var. Belə ki, həmin görüntülər YouYube-yə oktyabrın 8-də yerləşdirilib və bu da müəyyən şübhələrə səbəb olub. Həmin görüntüləri sizə təqdim edirik.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə