Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəmil Həsənlinin Seçki Qərargahı: “Etimad göstərməyəcəyik”
Cəmil Həsənlinin Seçki Qərargahı: “Etimad göstərməyəcəyik”
09 Oktyabr 2013 / 17:59 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahı ilk bəyanatını yayıb.
arxiv.bizimxeber.az-ın məlumatına görə, bəyanatda deyilir: “9 oktyabr 2013-cü il seçkilərinin başladığı andan bütün ölkə ərazisində seçki məntəqələrindən səsvermənin nəticələrinə ciddi təsir edəcək qanun pozuntuları və saxtalaşdırma halları barədə məlumatlar almaqdayıq. Qanun pozuntuları barədə xəbərlər təkcə Cəmil Həsənlini təmsil edən müşahidəçilərdən, məşvərətçi səs hüquqlu seçki komissiyası üzvlərindən, onun vəkillərindən və səlahiyyətli nümayəndələrindən deyil, səs verən tərəfsiz seçicilərdən və tərəfsiz müşahidəçilərdən də daxil olur, eyni zamanda, mediada bu haqda əsaslı məlumatlar, foto və videogörüntülər yayılır”.
Qərargah bəyan edib ki, bu pozuntuların böyük əksəriyyəti Cəmil Həsənlinin qələbəsinin qarşını almaq məqsədi daşıyır. “Səsvermə zamanı ən müxtəlif qanun pozuntularına rast gəlinir. Səsvermənin ilk saatlarından Cəmil Həsənlini təmsil edən və müstəqil olan müşahidəçilərə qarşı təzyiqlər edilib. Çox hallarda müşahidəçilər seçki məntəqələrinə buraxılmayıb, bir çox yerlədə onlara öz işini aparmağa imkan verilməyib, bəzi hallarda isə onlar seçki məntəqəsindən zorla çıxarılıblar. Bir neçə seçki məntəqəsindən müşahidəçilərin polis tərəfindən həbs edilməsi barədə məlumat almışıq. 12 saylı dairədən Xəqani Əliyev polis tərəfindən oğurlanıb. Cəmil Həsənlini təmsil edən məşvərətçi səs hüquqlu komissiya üzvlərinə seçki komissiyalarının işində iştirak etməsinə imkan verilməyib.
Seçki bülletenlərinin sayılmasında, onların saxlanılmasında, seçicilərə verilməsində qanunun tələbləri bir qayda olaraq yerinə yetirilməyib. Əksər seçki məntəqələrində seçki bülletenlərinin sayılmasında Cəmil Həsənlinin müşahidəçilərinin iştirakı təmin edilməyib. Bir çox məntəqələrdə isə seçki bülletenləri ümumiyyətlə sayılmayıb”.
Bəyanatda vurğulanır ki, bütün dairələrdə “karusel” üsulundan, yəni ayrı-ayrı qrupların eyni və müxtəlif seçki məntəqələrində təkrar-təkrar səsverməsi halları qeydə alınıb.
”Nəticə etibarı ilə demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsindən söhbət gedə bilməz”-deyə bəyantda qeyd edilib. O da bildirilib ki, Milli Şura, bu seçkilərin azad və ədalətli olduğunu qəbul edə və bu seçkilərin elan olunacaq nəticələrinə etimad göstərə bilməz.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə