Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aztelekomdan kameralarla bağlı açıqlama
Aztelekomdan kameralarla bağlı açıqlama
09 Oktyabr 2013 / 19:09 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyindən verilən məlumata görə regionlardada rabitənin dayanıqlılığı və Məntəqə Seçki Komissiyalarında quraşdırılmış veb kameraların görüntülərinin izlənilməsi, həmçinin, həmin görüntülərin internet üzərindən canlı yayımı tam təmin edilib.

“Aztelekom” İstehsalat Birliyinin mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, xidmət ərazisi 90 Seçki Dairəsi  üzrə 3910 Seçki Məntəqəsini əhatə edir var və bu məntəqələr tam telefonlaşdırılıb, bu  məntəqələrdən 310-u məcburi köçkünlərin məskunlaşdığı ərazilərdədir. “Aztelekom”  İB üzrə 57 Telekommunikasiya Qovşağının  şəbəkəsində olan 84 Seçki Dairəsi  üzrə 669 Seçki Məntəqəsində   veb kameralar quraşdırılıb.
Qeyd edək ki ötən (2008-ci il) Prezident  seçkilərində  “Aztelekom” İstehsalat Birliyinin  xidmət ərazisində cəmi  286 veb kameralar quraşdırılmşdı, hazırda bu rəqəm 383 ədəd artırılaraq 669-a çatdırılıb.
MSK-da veb kameraların işi ilə yaxından tanş olan beynəlxalq müşahidəçilər kameralardan izlənilən görüntülərin keyfiyyətini yüksək qiymətləndirdilər.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə