Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sərkisyan Sərkisyanın əvəzinə Sərkisyana yol açır
Sərkisyan Sərkisyanın əvəzinə Sərkisyana yol açır
09 Oktyabr 2013 / 21:15 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Ermənistanın yeni prezidenti Londondan gətiriləcək; keçmiş baş nazir və səfir Armen Sərkisyana görə konstitusiyada düzəlişlər təklif olundu 

Ermənistanın növbəti prezidenti bu ölkənin Britaniyadakı səfiri Armen Sərkisyan ola bilər. Virtualaz.org xəbər verir ki, bu haqda erməni mətbuatı yazıb.

Xəbərdə bildirilir ki, A.Sərkisyanın yolunu açmaq üçün artıq Ermənistan konstitusiyasında düzəlişlər təklif olunub. Ermənistanın Prezident Aparatının rəhbəri Viqen Sərkisyan konstitusiya islahatları komissiyasına prezident seçilmək üçün ölkədə daimi yaşama müddətinin 10 ildən aşağı salınmasına dair təklifi təqdim edib.

A.Sərkisyan uzun müddətdir Ermənistanda yaşamır və bu təklifin məhz onun prezidentliyə yolunu açmaq üçün irəli sürüldüyü məlum olub. A.Sərkisyan uzun müddətdir Ermənistanda yaşamasa da o, bu yaxınlarda ölkəsinin Britaniyadakı səfiri təyin olunub. Bununla da A.Sərkisyan formala olaraq Ermənistanda yaşamağa başlamış hesab olunur. Çünki beynəlxalq konvensiyalara görə, səfirlik təmsil etdiyi ölkənin ərazisi kimi tanınır.

Ermənistanın hakimiyyət dəhlizlərində dolaşan xəbərlərə görə, A.Sərkisyan əvvəlcə baş nazir təyin olunacaq, sonra hakim Respublika Partiyası onun prezidentliyə namizədliyini irəli sürəcək.

A.Sərkisyan Ermənistanın keçmiş baş naziridir. O, 1992-1993-cü illərdə ölkənin Böyük Britaniyada səfiri işləyib, daha sonra Ermənistanın Avropa və Avropa İttifaqında baş səfiri olub. 1996-1997-ci illərdə, yəni Levon Ter-Petrosyanın hakimiyyəti dövründə Ermənistanın baş naziri postunu tutub. Daha sonra yenidən Ermənistanın Böyük Britaniyadakı səfiri postuna qaytarılıb. 2000-ci ilədək səfir postunda olan A.Sərkisyan bu postdan getdikdən sonra Londonda qalıb və bizneslə məşğul olur. Sentyabrın 26-da prezident Serj Sərkisyan onun yenidən Ermənistanın Böyük Britaniyadakı səfiri təyin edilməsi haqda fərman verib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə