Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türk merdən ermənilərə sülh göyərçinləri
Türk merdən ermənilərə sülh göyərçinləri
09 Oktyabr 2013 / 23:42 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Tuzluca meri ermənilər tərəfindən qətl edilmiş yerli əhalinin xatirəsinə Araza qərənfil töküb

Türkiyənin İqdır vilayətinin Tuzluca qəzasının bələdiyyə sədri Əhməd Səid Sədrəddin Türkan Araz üzərindən Ermənistana sülh göyərçinləri uçurub.  ANS PRESS “Stargündem” portalına istinadən bildirir ki, Tuzlucanın erməni işğalından qurtarılmasının 93-cü il dönümünə həsr edilmiş mərasimdə Araz çayına 93 ədəd qərənfil də buraxıblar. Mer Türkan gülləri ermənilər tərəfindən qətl edilmiş yerli əhalinin xatirəsinə həsr etdiklərini bildirib.

Qeyd edək ki, vaxtı ilə Azərbaycanın İrəvan xanlığının, daha sonra Rusiya imperiyasının İrəvan quberniyasının tərkibində olmuş Tuzlucada və İqdırda 1917-20-ci illərdə Azərbaycan türklərinə qarşı soyqırım törədilib. I Dünya müharibəsini tərk etmiş 30 minə yaxın erməni əsgəri Dro, Silikyan, Ozanyan və Nazaryan kimi komandirlərin rəhbərliyi altında 200-ə yaxın kəndi yandırılıb və yüz minlərlə azərbaycanlı öldürülüb.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə