Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zahid Oruc da prezidenti təbrik etdi
Zahid Oruc da prezidenti təbrik etdi
09 Oktyabr 2013 / 23:48 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Prezidentliyə namizəd Zahid Oruc Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrini hüquqi əsas kimi götürərək, ölkə Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib və ona can sağlığı diləyib.

Z.Oruc bildirib ki, 9 oktyabr tarixində Azərbaycan seçiciləri qarşıdakı 5 il üçün öz seçimlərini edərək, böyük səs çoxluğu ilə İ.Əliyevi növbəti müddətə ölkə Prezidenti seçiblər.

Bunu Heydər Əliyev ideallarının uğuru kimi qiymətləndirən Z. Oruc seçkilərin nəticələrinin milli iradənin təntənəsi olduğunu qeyd edərək, seçkilərin yekununu tanıdığını bəyan edib.

Prezidentliyə namizəd bunu bütövlükdə Azərbaycan xalqının nailiyyəti kimi xarakterizə edib.

Sonra bütün namizədləri seçkilərin nəticələrini tanımağa dəvət edən prezidentliyə namizəd əmindir ki, bundan sonra millətimiz içərisində həmrəylik daha da güclənəcək və bu seçkilər ölkəmizin həyatında mühüm bir mərhələyə çevriləcək.

O, sonda bir daha yeni prezidentə uğurlar diləyib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə