Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Siyəzən sakini oğlunu və baldızını bıçaqlayıb
Siyəzən sakini oğlunu və baldızını bıçaqlayıb
10 Oktyabr 2013 / 10:36 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4
Ötən gün axşam saatlarında Siyəzən rayonunda bıçaqlanma faktı qeydə alınıb.

Siyəzən rayon sakini, 1965-ci il təvəllüdlü Çingiz Nuriyev oğluna və baldızına bıçaqla xəsarət yetirib. Nəticədə 18 yaşlı Dəyanət Nuriyev və 45 yaşlı Xavər Qoçalıyeva bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Tibb müəssisəsindən verilən məlumata görə, yaralıların heç birinin həyatı üçün təhlükə yoxdur.

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Ç.Nuriyev saxlanılaraq istintaqa cəlb olunub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə