Загрузка...
Xəbər lenti



Загрузка...

“Çempion”da narkotik keçirmək istədi
“Çempion”da narkotik keçirmək istədi
10 Oktyabr 2013 / 13:25 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Penitensiar xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, oktyabrın 9-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Vidadi Adil oğlu Qədimova vətəndaş Fuad Sovet oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı “Çempion” çay qutusunun içərisindən 2 (iki) ədəd sellofana bükülərək gizlədilmiş ayrı-ayrılıqda xalis çəkisi 2,58 qram və 17,49 qram narkotik maddə – qurudulmuş marixuana və 1 (bir) ədəd sellofana bükülmüş xalis çəkisi 6,114 qram olan kustar üsulla hazırlanmış narkotik maddə – heroin aşkar edilərək götürülüb.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü Vidadi Qədimov Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Bizmxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə