Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AŞPA və Avropa Parlamenti: “Seçki azad, ədalətli və şəffaf keçirilib”
AŞPA və Avropa Parlamenti: “Seçki azad, ədalətli və şəffaf keçirilib”
10 Oktyabr 2013 / 14:07 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları hesab edir ki, Azərbaycanda seçki prosesi azad, ədalətli və şəffaf keçirilib.

APA-nın məlumatına görə, bunu hər iki qurumdan olan müşahidəçilərin keçirdiyi birgə mətbuat konfransında Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlakki deyib. O, dinc seçki münasibətilə Azərbaycan xalqını təbrik edib: “Biz sizə dərs keçmək üçün deyil, seçkini müşahidə etmək məqsədilə bura gəlmişik. Bizim müşahidəmizə görə, seçki dinc atmosferdə keçdi. Biz seçicilərə hər hansı təzyiq faktını müşahidə etmədik”.

Bununla yanaşı, P. Arlakki qeyd edib ki, əsas azadlıqlara dair sahələrdə tərəqqiyə ehtiyac var. O, Azərbaycan hakimiyyətini tövsiyələrə diqqətlə yanaşmağa çağırıb.

AŞPA və AP müşahidəçilərinin yekun hesabatı yaxın həftələrdə təqdim ediləcək.

Prezident seçkilərini müşahidə edən AŞPA nümayəndə heyətinin rəhbəri Robert Uolter isə deyib ki, AŞPA-nın 7 üzvündən ibarət nümayəndə heyəti ilə Azərbaycana bir ay əvvəl gəliblər. Uzunmüddətli müşahidə missiyasının seçkiqabağı prosesi izlədiyini qeyd edən R. Uolter seçki günü 30 millət vəkilindən ibarət heyətlə müşahidə apardıqlarını deyib.

O, AŞPA-nın Azərbaycanda gedən prosesləri yaxından izlədiyini də vurğulayıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə