Bu gün Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Mixeil Saakaşvili Prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibətilə dövlət başçısını təbrik edib, xalqın rifahı və dövlətimizin gələcək inkişafı naminə ona Ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
İ. Əliyev göstərilən diqqətə və təbrikə görə Gürcüstan Prezidentinə minnətdarlığını bildirib. Prezidentlər ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
arxiv.bizimxeber.az