Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məmurlar Bakıya xarici qulluqçular gətizdirir
Məmurlar Bakıya xarici qulluqçular gətizdirir
10 Oktyabr 2013 / 15:02 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

“Xarici ölkələrdən ucuz işçi qüvvəsi gətirən firmaların fəaliyyəti araşdırılır”.

Bunu virtualaz.org saytına açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyib. Hüquq müdafiəçisi bildirib ki, Qadın Krizis Mərkəzinə xarici ölkələrdən, xüsusilə də Çin, Tailand və Filippindən gətirilən işçi qüvvəsinin aylıq 150-200 manat məvaciblə işlədilməsinə dair müraciətlər daxil olub: “Təşkilata verilən məlumatda deyilir ki,  ucuz işçi qüvvəsi ölkəyə turist adı ilə daxil  olur. Firmalar isə həmin şəxslərin sənədlərini özlərində saxlamaqla onların işləməsinə nəzarət edir”.

M.Əzizova ucuz işçi qüvvəsinin əsasən vəzifəli şəxslərin, imkanlı məmurların və iş adamlarının evlərində çalışdığına dair məlumatlar əldə etdiklərini söylədi: “Hazırda təşkilata daxil olan məlumatları araşdırırıq. İnsanların qul kimi işlədilməsi əməyin istismarı, eləcə də insan haqlarının kobud pozulmasıdır. Təşkilat məlumatı araşdırandan sonra hüquq-mühafizə orqanlarına müraciət edəcək”.

Təşkilat rəhbəri son günlər gündəlik kirayə verilən evlərdə, hamam və masaj salonlarında da qadınların məcburi əməyə cəlb edildiyinə dair məlumatların artdığını iddia edib: “Xüsusilə masaj salonlarında qadınlar cinsi fəaliyyətə cəlb edilirlər. Bundan əlavə, şəhərin mərkəzində gündəlik kirayə verilən evlərə nəzarətin gücləndirilməsinə ehtiyac var. Çünki bu evlərdən də cinsi istismar məqsədilə istifadə olunur. Hazırda həmin evlərin ünvanlarını dəqiqləşdirməyə çalışırıq”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə