Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı İstintaq Təcridxanasında intihar
Bakı İstintaq Təcridxanasında intihar
10 Oktyabr 2013 / 15:35 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, təcridxanada saxlanılan təqsirləndirilən şəxs Nurlana Əsədova özünü asaraq intihar edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N. Əsədova bir müddət əvvəl həbs edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Xırdalan şəhəri ərazisindəki aptekə gələn 2 naməlum şəxs orada satıcı işləyən Aynur Abdullayevanı və Sevinc Zeynalovanı bıçaqla hədələyib oradan 950 manat  aparıblar.

Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhəmmədəli Muradov və onun arvadı Nurlana Əsədova tutulublar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə