Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ATƏT-in tədbirində qalmaqal düşdü
ATƏT-in tədbirində qalmaqal düşdü
10 Oktyabr 2013 / 16:27 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4
Hakimiyyətin inhisarında olan kütləvi informasiya vasitələrində çalışan jurnalistlər bu gün saat 16 radələrində ATƏT-in müşahidə missiyasının keçirdiyi mətbuat konfransında qara-qışqırıq salaraq, mətbuat konfransının davam etməsinə imkan verməyib, tədbiri pozublar. Bu barədə musavat.com-a həmin tədbirdə iştirak edən əməkdaşımız xəbər verib.
Onun sözlərinə görə, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə ATƏT Parlament Assambleyasının Azərbaycandakı seçkilərlə bağlı ilkin rəyini açıqlayarkən və seçkilərlə bağlı tənqidi fikirlər səsləndirərkən iqtidar jurnalistləri komanda almış kimi səs-küy salıb, səsləndirilən fikirlərlə razılaşmadıqlarını uca səslə bildirməyə başlayıb, ortalığı qarışıdırıblar.
Bu şərtlər altında mətbuat konfransını davam etdirməyin mümkün olmadığını görən brifinq keçirənlər tədbiri yarımçıq saxlamağa məcbur olublar.

arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə