Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ATƏT: “Nəticələri tanıyırıq”
ATƏT: “Nəticələri tanıyırıq”
10 Oktyabr 2013 / 17:09 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası Azərbaycandakı seçkilərin nəticələrini tanıyır. Başqa cür ola da bilməz, çünki bu, ölkənin suverenliyinə müdaxilə olardı”.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu ATƏT-in qısamüddətli missiyasının rəhbəri Mişel Vuazen jurnalistlərin suallarına cavabında deyib. O bildirib ki, Azərbaycanda bir çox “exit-poll” keçirilib və onların hamısı demək olar ki, eyni nəticəni göstərib, ona görə də müşahidəçilərin bir sıra məntəqələrdə səslərin sayılması zamanı qeydə aldıqları pozuntulara baxmayaraq, nəticələr arasındakı fərq 4 faizdən çox ola bilməz. M. Vuazenin sözlərinə görə, bu, siyasi yox, texniki qeyddir.

Xatırladaq ki, ATƏT-in müşahidə missiyasının bəyanatında məntəqələrin 11%-də səsvermə zamanı pozuntular müşahidə olunduğu bildirilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə