Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

YAP-dan ATƏT-ə sərt reaksiya
YAP-dan ATƏT-ə sərt reaksiya
10 Oktyabr 2013 / 17:13 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Oktyabr ayının 9-da Azərbaycan xalqı prezident seçkilərində öz siyasi iradəsini ifadə etdi. Xalqın öz iradəsini ifadə etməsi üçün hər bir şərait yaradılmışdı. Seçkilər şəffaf və ədalətli keçirildi. İnsanlar istədikləri namizədə səs verdi. Cənab İlham Əliyev seçicilərin səslərinin əksəriyyətini qazandı. Mən bunu tamamilə ədalətli sayıram. Xalq görülən işlərə və gələcək uğurlara səs verdi”. 

Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini şərh edən YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov eyib. Əli Əhmədov, eyni zamanda ATƏT-in DTİH bürosunun ədalətli ola bilməməsinin təəssüf doğurduğunu da nəzərə çatdırıb: “Onlar seçki prosesini xalqın iradəsinin ifadə olunmasına görə deyil, görünür, özlərinə məlum olan mülahizələrə əsasən dəyərləndirməyə üstünlük verdilər. Mən ATƏT-in DTİH bürosunun prezident seçkilərinin nəticəsinə dair ilkin hesabatını qeyri – obyektiv və qərəzli hesab edirəm. Bu hesabat mahiyyətinə görə Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə