Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qurban bayramı ərəfəsində əfv ola bilər
Qurban bayramı ərəfəsində əfv ola bilər
10 Oktyabr 2013 / 18:08 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4
“Əfvi hər zaman gözləmək lazımdır. Çünki bu, bir istəkdir, hər zaman olmalıdır. Bunu təbii qəbul edirəm. Məhbus yaxınlarının bu gözləntiləri hər gün, hər saat, hər dəqiqədir. Bu, bir ümiddir və hesab edirəm ki, bu ümidlərlə yaşamağa dəyər”. Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Bəxtiyar Əliyev “Media forum” saytının “Qurban bayramı ərəfəsində əfv sərəncamı olacaqmı” sualını cavablandırarkən belə deyib.
 Bəxtiyar Əliyev qeyd edib ki, komissiya mütəmadi işləyir, iclaslar olur, məsələlərə baxılır: “Əfv məsələsini hansısa bayramlarla bağlamaq düzgün deyil. Başa düşürəm, insanlar çox istəyir ki, bayram ərəfəsində əzizləri ilə bir yerdə olsunlar. Biz də bunu istərdik.
Əfv sərəncamı cinayət törətmiş insanlara qarşı humanist addımdır. Əgər vətəndaş törətdiyi əməldən islah olunubsa, səhvlərin başa düşübsə, cəmiyyətə qayıtmalıdır. Heç bir halda vətəndaşımızı itirmək istəməzdik. İllərlə məhbus həyatı keçirmək cəmiyyət üçün ağrılı bir prosesdir”.
Bəxtiyar Əliyev əfvlə bağlı müraciətlərin komissiyaya və komissiya üzvlərinə mütəmadi daxil olduğunu da bildirib: “Komissiyada işçi qrupu ərizələrin araşdırılması ilə məşğul olur. Əsasnaməyə uyğun lazımi sənədlər toplanır. Müraciət etmiş şəxsin məsələsinə fərdi qaydada baxılır. Müəyyən qərara gəldikdən sonra komissiya baxılmış işlər haqqında rəyini prezidentə təqdim edir. Hər hansı bir qərarın qəbul edilməsində dövlət başçısı səlahiyyətlidir. Müraciətlər hərtərəfli araşdırılır, insanlara humanist yanaşma fonunda məsələlərə baxılır. Hələ proses gedir”
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə