Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

FHN-ə 1 milyon 700 min manat ayrıldı
FHN-ə 1 milyon 700 min manat ayrıldı
10 Oktyabr 2013 / 17:54 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycan hökuməti Fövqəladə Hallar Nazirliyinin (FHN) Su Ehtiyatları Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında qərar qəbul edib.

Qərara əsasən, 2013-cü ildə FHN-in Su Ehtiyatları Dövlət Agentliyinin tabeliyində olan qurumların istismar xərci, işçilərinin əməkhaqqı və digər sosial ödənişlərin ödənilməsi üçün Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan FHN-ə 1 milyon 700 min manat məbləğində vəsait ayrılıb.

Nazirlər Kabinetinin qərarı ilə bundan sonra Ceyranbatan, Mingəçevir və Şəmkir su anbarlarından müvafiq olaraq “Azərsu” ASC su təchizatı üçün götürdüyü, “Meliorasiya və Su Təsərrüfatı” ASC Abşeron magistral, Yuxarı Şirvan, Yuxarı Qarabağ və Şəmkir Maşın kanalları vasitəsilə suvarma üçün götürdüyü və “Azərenerji” ASC Mingəçevir İstilik Elektrik Stansiyasının soyuducu sistemi üçün götürdüyü suyun dəyərini FHN-in Su Ehtiyatları Dövlət Agentliyinə ödəyəcəklər.

Nazirlər Kabineti FHN-in Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan su obyektlərindən sudan pullu istifadə qaydalarının müəyyən edilməsi barədə təklifləri bir ay müddətində hökumətə təqdim etməyi tapşırıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə