Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ketrin Eşton və Ştefan Füle bəyanat yayıblar
Ketrin Eşton və Ştefan Füle bəyanat yayıblar
11 Oktyabr 2013 / 10:29 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Seçkilərdə yüksək seçici aktivliyi Azərbaycan xalqının demokratik proseslərə sadiq olduğunu nümayiş etdirdi”.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton və Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, ali nümayəndə və komissar ATƏT/DTİHB-in beynəxalq müşahidə missiyasının ilkin rəyi ilə tanış olublar.

“Azərbaycanı beynəlxalq öhdəliklərə tam cavab vermək üçün ATƏT/DTİHB-nın ilkin rəyində əksini tapmış, seçki prosesində qeydə alınmış problemləri həll etməyə çağırırıq”, – deyə bəyanatda bildirilir.

K. Eşton və Ş. Füle AŞPA və Avropa Parlamentinin müşahidə missiyalarının seçki ilə bağlı bəyanatlarını nəzərə alaraq, yerli və beynəlxalq müşahidəçilərin daha geniş miqyasda təmsil olunmalarına dair Azərbaycan hakimiyyətinin iradəsini alqışlayıblar.

Onlar Azərbaycan hakimiyyətini demokratiya yolunda irəliləmək və ölkədə qanununun aliliyini təmin etmək istiqamətində beynəlxalq ictimaiyyətin rəylərini nəzərə almağa çağırıblar.

AB rəsmiləri “Şərq tərəfdaşlığı” proqramı və Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını da vurğulayıblar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə