Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qarabağ məsələsini daha çox uzatmaq mümkün deyil”
“Qarabağ məsələsini daha çox uzatmaq mümkün deyil”
11 Oktyabr 2013 / 10:39 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Ən çətin problemləri ən güclü dövlətlər və bu dövlətin siyasətini dəstəkləyən xalqlar həll edə, həyata keçirə bilərlər. Bir qayda olaraq Dağlıq Qarabağ kimi çətin problemlərin dolayısı ilə və bilavasitə hərtərəfli güc ilə həllini heç kəs inkar edə bilməz”. Bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

“Güc söyləyərkən dövlətin bütövlükdə gücünü, onun siyasi iradəsini, yeritdiyi düzgün siyasəti, o cümlədən hərbi, iqtisadi potensialını və bütün bunlarla yanaşı, daha çox vətəndaşların mövqeyini əks etdirməsidir ki, bütün bunlar vahid hədəfə yönəldikdə çox çətin məsələlərin öhdəsindən gəlmək mümkündür. Növbəti 5 ildə Azərbaycanın bu məsələni həll edə biləcəyinə inamımızı şərtləndirən əsas səbəblər də məhz bu amillərlə bağlıdır. Bütün bunların müqabilində qarşı tərəfin getdikcə daha artıq beynəlxalq müstəvidə gözdən düşməsi, iqtisadi cəhətdən həddən artıq geriləməsi, vətəndaşların ümidsizlik içərisində ölkəni tərk etməsi, getdikcə beynəlxalq dairələrin Dağlıq Qarabağ məsələsində erməni mövqeyini daha az müdafiə etməsi, müdafiə etmək imkanlarını azalması bizi söyləməyə imkan verir ki, bu məsələdə Ermənistanı qat-qat üstələmişik və Dağlıq Qarabağ məsələsini bundan sonra daha çox uzatmaq mümkün deyil”.
B. Muradova bildirib ki, Azərbaycanın dünyada artan nüfuzu, beynəlxalq miqyasda rolunun və mövqeyinin genişləndirilməsi, dünyanı təhdid edən təhlükələrə qarşı beynəlxalq alyansda həlledici fiqura çevrilməsi və eləcə də bu tribunalardan istifadə edərək Dağlıq Qarabağ məsələsi, Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri daha geniş və daha üstün müstəvilərdə, Azərbaycanın mənafelərinə uyğun müzakirə çıxarılması, beynəlxalq təşkilatlarda və ayrı-ayrı ölkələrdə Ermənistanın mövqeyini tənqid edən, qətiyyətlə rədd edən sənədlərin meydana gəlməsini təşkil etməsi baxımından imkanlarımız getdikcə daha da artır.
“Əlbəttə ki, bunun üzərinə Azərbaycan diasporunun, dünya azərbaycanlılığının getdikcə daha da möhkəmlənməsi və bütün Azərbaycan diasporuna dəstək verən beynəlxalq türk mövqeyinin qəti şəkildə ortaya qoyulması da bizim bu məsələnin həllində daha üstün mövqelərə çıxmamızı göstərir”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə