Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rəsul Quliyev: “Milli Şura liderləri xalqdan üzr istəməlidir”
Rəsul Quliyev: “Milli Şura liderləri xalqdan üzr istəməlidir”
11 Oktyabr 2013 / 11:56 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Eks-spiker Rəsul Quliyevin seçkidən sonra Milli Şuraya qarşı mövqeyi daha da radikallaşıb. İqtidarın qələbəsini həzm edə bilməyən ACP lideri okeanın o tayından verdiyi növbəti açıqlamada müxalifətin məğlubiyyətini Milli Şura liderlərinin boynuna atıb.

Modern.az saytının məlumatına görə, R.Quliyev müxalifətin seçkidə uduzmasını Milli Şuranın 21 avqust tarixli qərarı ilə (Cəmil Həsənlinin namizədliyinin irəli sürüldüyü gün – A.R) əlaqələndirib.

Seçki başa çatdıqdan dərhal sonra eks-spiker hətta İlham Əliyevin qələbəsinin legitimliyini tanıyaraq, Milli Şuradan sanki qisas almağa başlayıb.

“Müxalifət Milli Şuranın 21 avqust qərarı ilə nəhayət Azərbaycan xalqının kürəyini yerə vura bildi. 20 illik fəaliyətsizlik nəticəsində Əliyevlər hakimiyyəti ilk dəfə legitimlik statusu alacaq”.

Milli Şura seçkinin nəticəsini tanımadığı bir vaxtda R.Quliyevin bu çıxışı hər şeyi tamamilə dəyişdi. O bu çıxışı ilə Milli Şurada, eləcə də müxalifətlə çiyin-çiyinə durmadığı mesajını verdi.

R.Quliyev hətta Milli Şura liderlərini məğlubiyyətə görə xalqdan üzr istəməyə çağırıb. “Müxalifət liderləri cavab verməlidir, xalqın onları əfv etməsini xahiş etməlidirlər. Onlar xalqın kürəyini yerə vurdular”-deyə ACP lideri liderlərə qəzəbini büruzə verib.

Eks-spiker yaxın günlərdə gələcək siyasi planlarını açıqlayacağını da deyib:

“Mən öz düşündüklərimi açıqlayacağam. Bir neçə gündən sonra. Baş verənlərə və gələcəkdə hansı plan və proqramla işləməyin effekti ola biləcəyi barədə geniş analiz verəcəyəm. Bu mənim vətəndaşlıq borcumdur”.

R.Quliyev bununla da Milli Şuradan ayrılacağının mesajlarını verib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə