Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qardaşı Sabir Rüstəmxanlının partiyasından istefa verdi
Qardaşı Sabir Rüstəmxanlının partiyasından istefa verdi
11 Oktyabr 2013 / 12:10 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev partiyadakı vəzifəsindən istefa edib.

O,  istefa verməsinin səbəblərini sosial şəbəkədə izah edib və prezident seçkilərində müşahidə apardığı seçki məntəqələrində qanun pozuntularının qeydə alındığına dair hesabat paylaşıb: “Cəmil Həsənlini təbrik edirəm. O, özünü müxalifətçi hesab edən tərəfdarlarından gözlədiyi nəticəni ala bilməsə də, xalqın sevgisini qazandı. Bu seçkilər bir daha göstərdi ki, seçkiyə təkcə yaxşı komanda ilə yox, həm də mükəmməl texnologiyalar və maariflənmiş insanlarla getmək lazımdır. Hakimiyyətə qarşı siyasi mübarizədə daha savadlı, daha yenilikçi, qanunların aliliyinin təmin olunması uğrunda davamlı siyasi mübarizəyə hazır olan gənclərə meydan verilməli, yeni siyasi təşkilatlar yaradılmalıdır.

Bütün bunları nəzərə alaraq, VHP Siyasi Şurasının üzvlüyündən istefa verdiyimi bəyan edirəm. Ümüd edirəm ki, məni daha perspektivli və fəal gənclər əvəz edəcəklər”.

Partiyadan verilən məlumata görə isə Ə.Əliyevin bu addımı atmasına səbəb bütün bunlara baxmayaraq, qardaşı Sabir Rüstəmxanlının İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibəti ilə təbrik etməsi olub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə